Magazin1
Nura Səidənin toyundan danışdı: Atom bombası da partlasa...
Biz niyə sevinməyi bacarmırıq?! Niyə hər şeyə mız qoymağı yaxşı bacarırıq. Səidə Sultanın toyuna yığışmışdıq. Qız zatən həmişə “palatka” toyu arzu edib. Həmişə deyirdi ki, toyum olsa, keçmişdəki kimi olacaq. Ailə qurduğu insan da Bakı kəndindəndir.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri instaqramda yazıb. Sənətçi başqalarının şəxsi həyatına qarışanları tənqid edib. O, bildirib ki, hər fürsətdə sənətçiləri günahkar çıxarmaq doğru deyil.
"Əvvəllər onsuz da hamı qız toyu, oğlan toyu edirdi. Sonra bu adət-ənənə deformasiyaya uğrayıb dəyişdi. Uzun sözün qısası, toya gələnlərin bəziləri ancaq qeybət üçün mövzu axtarırdı, bəziləri əylənirdi, bəziləri sevinirdi, bəziləri də saxta və qeyri-səmimi idi. Bütün məclislərdə olduğu kimi...
Həmin gün xəbər gəldi ki, müharibə başlayıb (19 sentyabr 2023-cü ildə Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatları nəzərdə tutulur - PS). Bəziləri də qınanmaqdan qorxub gəlməmişdi. Səidəni toyu günü başlayan müharibə səhəri bitdi. Söyülən, təhqir olunan yenə müğənnillər oldu. Üzdəniraq qonşuları söymək istəyənlər yenə şou əhlini söydü. Həmin gün ölkəmizin bütün şadlıq saraylarında toy-büsat var idi.
Məhərrəmlik çıxıb, camaat aylar əvvəl restoranlarda tarix götürüb, pul ödəyib və sair. Dünyada hər an bir evdə şənlik, o biri evdə yas olur. Həyatın qanunudur. Hər an kimsə ölür və doğulur.
Amma və lakin nədənsə dünyada baş verən bütün fəlakətlərdə yalnız Azərbaycanın məşhurları günahkar olur. Atom bombası da partlasa, zəlzələ də olsa, günahkar yalnız yerli şou əhlidir", - ulduz qeyd edib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






.jpg)

.jpg)


















.jpg)









