Magazin1
Xalq artistinin qızından gözlənilməz etiraflar: "16 yaşımda..." - Video
"Niyə 25 ildən sonra Ayan babasını görür" suallarını çox gördüyüm üçün açıqlama verməyi özümə borc bildim. Təəssüf ki, hər bir azərbaycanlı ailəsinin başına gələn bir hadisə illər öncə mənim də başıma gəldi. Həyat yoldaşım Moskvaya işləməyə getdi və təəssüf ki, bəzi səbəblərə görə qayıtmadı, qayıdanda gec oldu, atam-anam qəbul etmədi və biz təəssüf ki, Ayanın atası ilə ayrıldıq. O ayrılan, bu ayrılan bütün bağlar kəsildi.
Publika.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun qızı, tanınmış makiyaj ustası Şəfəq Novruz instaqramda yazıb. İlk dəfə şəxsi həyatı barədə geniş açıqlama verən vizajist 16 yaşında ailə qurduğunu bildirib.
"Rayon yeri olduğuna görə, çoxunuz bilirsiniz ki, baba və nənələr şəhərdəki kimi özgür olmurlar. Baba və nənəni gətirən, qovuşduran olmayıb. Odur ki, 25 ildə görüşə bilməyiblər. Amma məni həmişə öz balaları kimi görüblər. 16 yaşında onların bax bu evinə gəlin olmuşam. Cəmi 1 il gəlin oldum. Amma mənə öz balaları kimi baxıblar.
Şəhər qızı olduğum üçün geyimlərim fərqli idi. Amma məni necə var, elə də qəbul ediblər. Şıltaqlıqlarımı heç vaxt söz etməyiblər. Öz balaları gözü ilə baxıblar, ona görə də onların sevgisi həmişə qəlbimdə olub, gəlib onlara dəyməyə də utanmışam. Amma atam dünyasını dəyişəndə onlar bizə təsəlli verməyə gəldilər. Çünki atamı çox istəyirdilər.
Ayan bir babasını itirdikdən sonra çox həssaslaşdı, o biri babasının yaşı çoxdur. Həyatda hər şey ola bilər, ona görə də gec olmadan, sonra peşman olmadan babasını görmək istədi. Onun indi belə duruşu utandığına görədir, həm də dolub qalıb. Utandığına görə qucaqlaya da bilmir, təbii haldır. Bir neçə dəfə onları görüşdürəcəm, düzələcək", - Şəfəq instaqramda yazıb.
Qeyd edək ki, stilist ikinci həyat yoldaşından da ayrılıb. Onların bu izdivacdan Esmanur adlı bir qızı var. Vizajist kimi çalışan Ayan Şəfəq həyat yoldaşı Pərvizlə 2022-ci ildə yollarını ayırıb.
View this post on Instagram
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu







.jpg)






























.jpg)








