Magazin1
Rövşanədən şok sözlər: "Maykl Ceksonmu əkdi-becərdi məni?"
Yaxşı həkimlərimiz var, amma təəssüf edirəm ki, müştərilərini, xəstələrini bir-birinə bənzədirlər. Biri çıxır efirdə özünü reklam edir, baxırsan ki, müğənnini nə günə qoyub. Gözlər dartılmış, dodaq şişirdilmiş... Gəncləşdirib 20 yaş. Niyə gəncləşdirməlisən 20 yaş? Hər yaşın öz gözəlliyi, işığı və nuru var. Sən öz yaşında gözəl olmağı bacar.
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı ARB kanalında yayımlanan "Günə son" verilişində qonaq olarkən deyib. O bildirib ki, üzündə heç bir ineksion yoxdur, dolğu və botoks etdirməyib.
"Sənin 50 yaşın var, öz yaşında gözəl ol. Mənim də yaşım 40-ı keçib, uşaq deyiləm. Mən öz yaşımda çalışıram ki, formamı saxlayım. Nələrsə sallanacaqsa, üzümdə nəsə edə bilərəm. Amma güzgüyə baxanda mən öz cizgimdə atamı və anamı, genetikamı görürəm. Göz dartılmış, dodaq şişmiş, burun belə... Maykl Ceksonmu əkdi-becərdi məni? Filankəsmi doğdu məni? Mən atamın-anamın övladıyam və hər yaşa dolduqca cizgimdə atamı-anamı yaşadıram", - Rövşanə vurğulayıb.
O, həmçinin saysız-hesabsız plastik əməliyyatlar keçirən Xalq artisti Aygün Kazımovanın əvvəlki halının daha gözəl olduğunu qeyd edib.
Verilişin aparıcısı Ulvira Qarayeva isə öz əməliyyatlarından danışıb:
"İlk dəfə əməliyyat etdirəndə anam mənə baxıb dedi ki, sən kimsən? İkinci sözü də o oldu ki, mən dünyaya gətirdiyim səndən gözəl idi".
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər





































