Magazin1
"Kül başıma..." - Rəqsanədən 35 ədəd ondan çıxarılıb - VİDEO
Özümü vaxtından çox tez bəzi plastik əməliyyatlara qurban vermişəm. Şou-biznesdə insanlar əməliyyat edib dəyişirlər, amma 99 faizi efirə çıxıb deyir ki, mən anadan belə doğulmuşam. Bizim qonşumuz, oxuduğumuz məktəb və nəslimiz var. Bu bədbəxtlər bizi görəndə deyirlər ki, aa bu dünya maralıdır, amma bir vaxtlar bayquşa oxşayırdı. Həqiqəti danışmaq o qədər gözəldi ki... Etmişəmsə, etmişəm. Amma etdiyim elə şeylər var ki, bu gün də onların əziyyətini çəkirəm və çox da peşmanam. Hətta övladım belə onu istəyəndə, onunla dava edirəm. Deyirəm ki, bunun qurbanı olmuşam, sən etmə.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova dünən ARB kanalında qonaq olduğu "Günə son" verilişində deyib. O, bildirib ki, bir neçə ildən sonra Azərbaycana həmkarı Sevda Yahyayevanın toyunda iştirak etmək üçün gələndə sənətçilərin bənzərliyi onu çox təəccübləndirib.
"Ora gələndə şoka düşdüm. Müğənnilərin heç birini tanımadım. Elə bil ki, hamını eyni ana doğub. Hamının dalında bu boyda "kamaz". Özüm məəttəl qaldım. Jurnalistlər toydan məlumatlar paylaşmışdılar. Orda yoldaşımla mənim də kadrlarımı qoymuşdular və hamı yazmışdı ki, toyda təbii görünən təkcə Rəqsanənin həyat yoldaşıdır. Mən də etmişəm, amma aşırı dərəcədə olmaz.
Vaxtında üzümə gel vurdurmuşam, bunu hər yerdə deyirəm. Bu gel orqanizmdən çətinliklə gedən yad cismdir. Bəlkə də 30 ilə yaxın olacaq ki, onun əziyyətini çəkirəm. Bütün dünyanı gəzmişəm, amma bunun heç bir çarəsi yoxdur. Bu gün onun adını dəyişib qoyublar ki, bir müddət sonra sovrulur. Sonuncu dəfə Almaniyada üzümü yoxlatdıranda həkim mənə dedi ki, bu, elə bir maddədir ki, heç bir zaman insanın bədənindən sovrulub getmir. Şəxsən mən üzümdən qənd boyda 35 ədəd o geldən çıxartdırmışdım. Kül başıma sənin nəyinə lazım idi? Uzundu, uzundu da... İndi camaat gedib üzünü uzatdırıb bir metrə etdirir... Onun dərdinə düşdüm və çox da peşman oldum. Hələ də araşdırma aparıram, hələ də həkimlərin seçimindəyəm. İstənilən xarici dövlətdə gel adını çəkən kimi, qovurlar məni".
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ4 Noyabr 19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 4 Noyabr 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI



































