Magazin1
Nizami Rəmzinin narkoman qızı: "16 yaşımda məni..." - VİDEO
"Atam sağ olsaydı belə olmazdım. Atam olmadığına görə, məni 16 yaşımda bədbəxt ediblər. O sağ olsaydı, heç kim bunu mənə edə bilməzdi. Elə şeylər var ki, mən bu haqda danışa bilmərəm".
Publika.az xəbər verir ki, bu sözləri mərhum meyxana ustadı, şair Nizami Rəmzinin narkotik asılılığından əziyyət çəkən və səfil həyatı keçirən qızı Reyhan Nail Kəmərlinin "YouTube"da yayımladığı layihəsinə müsahibəsində danışıb.
Pis vərdişlərdən əziyyət çəkən söz xiridarının qızı ağır həyat hekayəsindən söz açıb. Reyhan bildirib ki, pulu olduqda onu narkotik maddə almağa xərcləyib:
"İnsanlar çox vəfasızdır. Həyat yox, insanlar insanı salır bax bu pis yola. Yəqin ki yanımda yaxşı insanlar olsaydı, o yola düşməzdim. Əslində yanımda insan var idi amma getdi. Ona görə getdi ki, dedi “get müalicəyə”. O da mənim kimi narkotik istifadəçisi idi.
Üçüncü ilə keçirdi ki, biz birlikdə idik. Artıq mənim üçün sevgi heç nədir (ağlayır). Üç il müddətində mən bu hallara düşdüm. O qədər özüm-özümə ağlamışam ki,... Yağışın altında, soyuqda taxtaların altında qalmışam. Tək olmaq pis şeydir. Günlərlə ac-susuz qaldığım günlər də olub. İki gün yemək yemədiyim vaxtlar da olub.
Pulumuz olanda da "mal"a (narkotik maddə - red.) görə pulu xırdalamamışıq ki, bəlkə az olar, "mal" almağa çatmaz. Eşitməmişəm ki, kimsə məni bu illər ərzində axtarsın.
Öz yaxınların axtarmırsa, dostların ümumiyyətlə axtarmaz. Dost kənar bir insandır. Mən tək qaldğım üçün bu yerlərə gəlib çıxdım. Tək olmasaydım, belə şeylər olmayacaqdı. Hava soyuq, yağışlı olanda belə küçələrdə dəmir yığırdım. Buna məcbur idim".
Nail Kəmərli Reyhanı narkotik aludəçiliyindən xilas etmək üçün reabilitasiya mərkəzinə gətirib.
Qeyd edək ki, Nizami Rəmzi 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında 49 yaşında həlak olub. Ekspertizaya görə, Nizami Rəmsi sükan arxasında içkili olub.
bizim.media
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər





































