Magazin1
Zaur Baxşəliyev həbs oluna bilər - İki ölüm hadisəsi…
Son günlər ölkədə rezonans doğuran iki ölüm hadisəsi baş verib. Əvvəlcə müğənni Yaqut Nəriman əri tərəfindən qətlə yetirildi, daha sonra isə tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədli həyatına son qoydu.
Hər iki hadisə ATV-də yayımlanan “Bizimləsən” verilişində geniş müzakirə olunmaqdadır. Efirə qoşulan ekspertlər müəyyən “sirlər”i açmağa çalışırlar.
Maraqlıdır, aparıcı və digər şəxslərin açıqlamaları istintaqın gedişinə mane olarsa, onları cəza gözləyirmi?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Elçin Sadıqov həmin şəxslərin məsuliyyətə cəlb oluna biləcəyini deyib.
“Əslində, həmin şəxslər istintaq sirrini yaydıqları üçün 6 ay müddətinə azadlıqdan məhrum oluna bilərlər. Müstəntiq işlə tanış olan şəxslərə istintaq sirrinin yayılmaması ilə bağlı iltizam da verə bilər.
İnkişaf etmiş ölkələrdə belə verilişlər demək olar ki, yoxdur. Aparıcının bu cür davranması bilgisizlikdən irəli gəlir. Sadəcə, reytinq naminə, insanların izləməsi üçün bunu edirlər. Hesab edirəm ki, bu, hüquq-mühafizə orqanlarının fəaliyyətinə ziddir. Audiovizual Şura belə verilişlərlə bağlı təcili tədbir görməlidir”.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?