Magazin1
Elza: Mən Vüqara meyxanaçı yox, "keyxanaçı" deyirəm - Video
Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovdan polisə şikayət edib.
Publika.az Bizim.media-ya istinadla xəbər verir ki, bu barədə o, qonaq olduğu "Xəbərin var?" verilişində danışıb.
Sənətçi bildirib ki, sonradan meyxanaçını bağışlayıb:
"Mən Vüqara meyxanaçı yox, "keyxanaçı" deyirəm. O, mənim üçün "keyxanaçı"dır. O və ətrafında olanlar "Meyxəbər" adlı verilişləri baxılsın deyənə, məni və sənətimi məsxərəyə qoyurdular. Mən Vüqardan polisə şikayət elədim. Amma çox peşmanam, gərək təkcə Vüqarı yox, onunla veriliş aparan digər şəxsləri polisə verərdim. Əgər onlar sənətə çılpaq kimi baxıb görürlərsə, şəxsi işləridir. Mən yazmışam ki, "Qazanım daşdı, kəfini yedim".
Vüqar isə deyir ki, "Qazanı aşdım, kəfini yedim". Yekə kişisən, saçın-saqqalın ağarıb, səninlə çörək kəsmişəm, evimə gəlmisən, mən də sizin evinizə getmişəm, sənin mənə qarşı kiçik də olsa hörmətin olsaydı, haqqımda belə sözlər danışıb məni sosial şəbəkələrdə təhqir etməzdin.
Onlar mənim şeirlərimi öz verilişlərdə ələ salırdılar. Onu məhkəməyə verərdim. Amma polisdə Vüqar özünü elə aparırdı ki... Mənə sonra yaxınlarım söylədilər ki, nahaq yerə Vüqarı bağışlamısan. Çünki o səhvini başa düşmədi. Kitabımı ona orada göstərdim. Bir sıra vətənpərvər şeirlərimi göstərdim.
Qurban olasan Hacı Nazim Məmmədova ki, o səni müğənni etdi. Bütün musiqimizi meyxanalaşdırmısan. Müğənniləri də pula görə meyxanalaşdırmısız.
Heç bunlara görə mən sənə bir söz də deməmişəm. Amma şeir yazmağıma şübhə edirsən. Məni təhqir elətdirməyə ixtiyarın yoxdur".
Qeyd edək ki, bir müddət əvvəl V. Əbdülov E.Seyidcahanın ünvanına deyib: "Elza şeir yazmasın. O, şeir yaza bilmir. Bir də görürsən, girir şeirlərin içinə "ana qaz, ananas"... Etmə belə, başına dönüm sənin, Elza".
Elza isə "Bir insanın ki, həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq", - deyə cavabını vermişdi.
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO






































