Magazin1
Mətanət efirdə ƏSƏBİLƏŞDİ: “Qıcqırmış iyinizdən sizə yaxın durmaq olmur” - VİDEO

"Biri var ki, səhnəyə ustaddan təhsil alıb gələsən, biri də var ki, yataqdan durub çıxasan səhnəyə. Onlar əllərində şam tutub başlayıblar deməyə ki, "Mətanət Əsədova ilə görək nə edə bilirik?"
Çöldə bir də görürsən ki, küçə heyvanını avtomobil vurur. Bax, elə yazıq heyvan onlardan mənə daha hörmətlidir. Əsədova ilə nəsə etmək istəyirsinizsə, gəlin, sizinlə məşğul olum. Düzgün ritmə girməyi sizə öyrədim. Zövqlə oxuyun, geyinin. Qıcqırmış iyinizdən sizə yaxın durmaq olmur".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Sənətçi efir vasitəsi ilə Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb:
"Azərbaycan xalqının ən gözəl neməti onun mədəniyyəti və musiqisidir. Bu musiqini düzgün şəkildə təbliğ edən oturub qarşısınızda. Bir dənə konsert təşkil et de ki, gəl, beş gün oxu. Əgər mən Mətanət beş gün oxumaqdan imtina etsəm, məni tənqid edərsiniz".
Həmkarlarından fərqli olaraq konsert etmək üçün sponsorunun olmadığını söyləyən M.Əsədova onun bu arzusunu həyata keçirmək üçün aidiyyəti qurumdan yardım istəyib:
"Bəzilərinin sponsoru var. Bəzilərinə isə konsert verməyə kimlərsə köməklik edir. Allah hamısının yolunu açıq etsin. Mənim isə yoxdur. Nə də ki, ölsəm, heç kimə demərəm ki, gəl, bunu mənim üçün et. Azərbaycan musiqi mədəniyyətinə nə lazımdır? Musiqisi, muğamı və səsi yerində olan mənim kimi bir müğənni. Öləndən sonra əlinizdə çomaqla axtarıb, soruşacaqsınız ki, "Hanı oxuyan o Mətanət?" Mən sizə oradan səs verəcəyəm? Gəlin, bunu edin, mən də oxuyum də. Mətanətin pulu yoxdur ki, konsert keçirilən məkanın arenda pulunu ödəsin. Pulu olmamaq ayıb bir məsələdir? Çatdıra bilmirəm.
Mahnını yazdırmağı, aranjiman etməyi, nəğməyə uyğun geyimi alım, gündəlik tələbatımı ödəyim. Hansını edim? Bu problemləri dilə gətirəndə ayıb olur?
Bəzilər üçün kimlərsə nələrsə edirsə, özləri bilər. Mən heç kimin işinə qarışmıram. Neçə illərdir, bu sənətdəyəm və bu illər ərzində heç kimin heç ayaqqabısına belə qarışmamışam, qaldı ki, nəyin ki onun həyatına və ona xərclənən pullara.
O onun tale yazısıdır. Mən sözümü hökumətimə deyirəm. Hökumətimə deyirəm ki, mənə şərait yaradın konsert verim. Nə vaxt edəcəksiniz? Mədəniyyət Nazirliyinin ömrü boyu belə düzgünlüklərə zamanı olmayıb". / bizim.media
-
Kriminal17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu
-
Səhiyyə17:15
Oqtay Şirəliyevin yerinə bu şəxs seçildi - FOTO
-
MDB16:58
Putindən AZAL təyyarəsi ilə bağlı açıqlama: Tezliklə...
-
Cənubi Qafqaz16:16
Əliyevlə Paşinyan Düşənbədə nəyi müzakirə edib? - FOTO
-
Rəsmi xronika15:41
İlham Əliyev rəsmi qəbulda iştirak etdi - FOTO
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı
-
İdman12:40
İntim danışıqları sızdırıldı: Braziliyalı model "Real"ın ulduzunu biabır etdi - FOTOFAKT
-
Rəsmi xronika12:34
Prezident Düşənbədə mühüm iclasda çıxış etdi - YENİLƏNDİ/VİDEO