Magazin1
Qızından xəbəri yoxdur, görüşmədiyi oğlan qalmayıb - Aparıcıdan şok açıqlama
“9 ildir ki, "Xəbərsiz" layihəsi yayımlanır, hər dəfə bir problemi işıqlandırıram, məmur özbaşınalığından danışıram, niyə bu haqda danışmırlar?
Sosial verilişlərin aparıcılarına qarşı kampaniya başladılıb. Hətta biz aparıcılar bu haqda bir-birimizə də məlumat ötürürük. Elə bilməsinlər ki, biz düşmənik. Zaur Baxşəliyevə də bu barədə xəbər verilib, Xoşqədəm Hidayətqızının prodüserlərinə də şəxsən mən özüm xəbərdarlıq etmişəm. Bu, bizə qarşı 1 həftədir davam edən bir kampaniya var”.
Publika.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a tanınmış aparıcı Amil Xəlil deyib.
O, yerli telekanallarda yayımlanan verilişləri tənqid edənlərə qarşı sərt fikirlər səsləndirib.
A.Xəlil bəzi verilişlərə ekspert qismində dəvət olunan məşhurların buna haqqının çatmadığını iddia edib:
“Adamlar çıxıb səhər-axşam mənəviyyatdan danışır, verilişlər bağlansın deyir, amma öz qızından xəbəri yoxdur, qızının görüşmədiyi oğlan qalmayıb. İnsanlar əvvəlcə öz ailələrinə baxsınlar.
Düzdür, elə verilişlər var ki, efirə getməməli olan şeylər gedir, elə ekspertlər çıxıb camaata nəsihət verir ki, özünün yemədiyi bal qalmayıb, gecə klublarında çıxmadığı hoqqa qalmayıb, "Telegram"da videoları kanalları bəzəyir...
Aparıcı da onu çıxarıb efirə ki, gəl ekspert kimi sən danış, məsləhət ver. Bu mövzuda camaatla razıyam, amma qurunun oduna yaş da yanmamalıdır axı. Kimin danışmağa mövzusu yoxdur, bekar qalıb, sosial şəbəkələrdə televiziya mövzusundan danışır. Bu cəmiyyətdə avtobusdan, taksidən yazmaqdansa, yeniyetmələrin vəziyyətindən danışmaqdansa, telekanalları müzakirə edirlər.
14-15 yaşlı qızlar maşınlarda paltarlarını dəyişirlər, "telegram" kanallarında bu tip videolar doludur. Çıxıb bundan danışın, həyəcan siqnalı çalın ki, ay valideynlər sizin qızınız bu yaşda belə hoqqalardan çıxır”.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq






.jpg)

.jpg)




























