Magazin1
"52 minə dediyi saatı satıb özlərinə maşın alsın"
"Mən şişildilmiş qiymət deməyəcəyəm. Təəssüflər olsun ki, verilişə gələn digər həmkarlarım geyindikləri geyim, taxdıqları aksessuarlarının qiymətini şişildilmiş şəkildə deyirlər.
Publika.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nazənin Salayeva "Rəngarəng səhər" verilişində qonaq olarkən deyib. O, geyimlərinin qiymətinin süni şəkildə artıran həmkarlarını tənqid edib:
"Biri deyir ki, saatımın və üzüyümün qiyməti 52 min manatdır. Amma sürdükləri avtomobillərinin qiyməti 15-20 mindir. Həyatda beş gün yaşayırıq. Normal müğənnidirlər, insan arasına çıxırlar, o 52 minə dediyi saatı satıb özlərinə yaxşı avtomobil alsınlar. Əyləşib maşına həyatlarının keyfini çəksinlər. Qonşudan, rəfiqələrindən alırlar, mağazadan kirayə götürürlər. Əziz tamaşaçılar, onların elədikləri sizə görə deyil, bəzi digər müğənnilərə acıq vermək üçündür. Siz bunu özünüzə götürməyin. Buna görə heç də əsəbləriniz körlanmasın.
Keçən səfər bir məclisdə idim. Xanımlar yaxınlaşdılar söylədilər ki, məşhurların efirə çıxıb geyimlərinin qiymətlərini söyləməsi düzgün deyil. İndi həmin müğənnilərə resept versələr ki, gedin bu dərmanı imkansız şəxsə almaq lazımdır, onu almamaq üçün 50 bəhanə gətirəcəklər. Amma burada həqiqətən də şişildilmiş giymətlər deyilir. Axı bu göstərişlər nəyə lazımdır? Bu kimi şeyləri demək Allaha da xoş getmir. İnsanın adamlığı vicdanı, əxlaqı, yaşayışı gərək bahalı olsun. Qalanları boş şeylərdir. Belə şeylər efirdə danışıb insanları aldatmaq, ələ salmaq deməkdir"
Xatırladaq ki, sözgedən verilişdə daha əvvəl Nazəninin qalmaqal yaşadığı müğənni Təranə Qumral qonaq olaraq ümumilikdə proqrama gəlmək üçün 52 min manat xərclədiyini açıqlamışdı.
Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)






















.jpg)






.jpg)


