Magazin1
“Bilin, kimlə danışırsınız, hoqqa çıxartmayın” - Cavanşir aparıcılarla DALAŞDI - VİDEO
Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Zaur Nəbioğlu və Aysel Novruzova arasında efirdə qalmaqal yaşanıb.
Publika.az Bizim.Media-ya istinadən xəbər verir ki, münaqişəyə səbəb aparıcıların sənətkarın söylədiyi kimi, sözünü kəsməsi olub.
Cavanşir qonaq olduğu “Rəngarəng səhər” verilişində onun sözünü kəsən proqramın aparıcıları Zaur və Ayselə irad bildirib:
“Siz qoymursunuz, icazə vermisiniz ki, mən danışım. Qonağın sözünü kəsmək olmaz. Aparıcı qonağın sözünü kəsməməlidir. Qoyun sözümü deyim. İki nəfər düşmüsünüz üstümə. Qəribə danışırsınız. Mən bu 53 il sənət yolunda görün nə qədər aparıcı görmüşəm? İndi aparıcı mənəm!”.
Onun bu sözlərinə Zaur və Aysel etiraz ediblər:
“Siz burada aparıcı ola bilməzsiniz. Siz aparıcı yox, qonaqsınız. Siz çox aparıcı görə bilərsiniz, amma siz bizim qədər müğənni görə bilməzsiniz. Söhbət səhnədən gedir. Sizin aparıcı sayını görməyiniz çox ola bilməz”.
Daha sonra Məmmədov fikirlərini belə davam etdirib:
“Siz sözdən söz çıxartmayın. Siz durub burada hoqqa çıxartmayın və bizi digər müğənnilərlə qarşı-qarşıya qoymayın. Əgər siz bu verilişdən gələn maaşa razı olmasaydınız, qalıb işləməzdiniz. Siz bilin ki, burada kimlə danışırsınız. Mən sizdən yaşca iki dəfə böyüyəm (37 yaşlı aparıcı Aysel Novruzovanı nəzərdə tutur – red.) Mən yanımda çalışan heç bir musiqiçinin pulunu kəsməmişəm. Kəssəydim, həmin şəxs ikinci dəfə mənimlə məclisə getməzdi. Siz burada şou göstərmək istəyirsiniz, bilmirsiniz nə edəsiniz... Ayıbdır, belə şeylər etməyin. Sənətdən danışaq vəssalam”.
Proqramın gedişatında hər iki aparıcı müğənni ilə aranı sakitləşdirməyə çalışıb.
Verilişdə yayımlanan gərgin dolu anları sizə təqdim edirik:
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar






.jpg)

.jpg)






.jpg)























