Magazin1
Ellada Zauru polisə verdi - VİDEO
Aparıcı Ellada Eyvazova həmkarı Zaur Nəbioğlunu polisə şikayət edib.
Publika.az olay-a istinadən bildirir ki, buna səbəb Zaurun "Rəngarəng" verilişində Ellada haqqında səsləndirdiyi iddialar olub. Ellada bildirib ki, həmkarı onu proqramına dəvət edəndə müğənni Pünhan Piriyevlə bir səhnəcik quracaqlarını söyləyib.
Eyvazova Zaurun dəvətini qəbul edib və efirdə deyildiyi kimi, Pünhanla bir səhnəcik qurulub, guya xanım aparıcının ifaçı ilə evlənmək istədiyi söylənilib.
Lakin bundan sonrakı buraxılışda Eyvazovadan xəbərsiz onunla bağlı yalan-böhtan tərkibli ifadələr səsləndirilib.
Belə ki, Zaur Piriyevlə Elladanın verilişdən birgə ayrıldıqlarını, aparıcının müğənninin maşını ilə getdiyini, daha sonra isə qəhvə içdiklərini deyib.
Pünhanı isə bunu təsdiqləməsi üçün razı salıb. Bu proqramı izləyən Eyvazova həm Zaura, həm də Piriyevə yazıb, nə üçün yalan danışdıqlarını soruşub. Hər ikisinin də səs yazısını paylaşan aparıcı onların yalan danışdıqlarını etiraf etdiklərini bildirib.
Səs yazısıda Pünhan hər şeyi ona Nəbioğlunun söylədiyini, onun təkidi ilə yalan danışdığını bildirib. Z. Nəbioğlu isə səhvini qəbullanaraq Elladanın bunları instaqramda yazmamasını, proqrama çıxıb orada danışmasını istəyib. Xanım aparıcı bununla razılaşmayıb və polisə müraciət edib:
"Daxili İşlər Nazirliyi 102 çağrı xidmətinə müraciyət etmişəm. Azərbaycan polisinə inanıram və əminəm ki, bir Azərbaycan xanımının şərəf və ləyaqətinin alçalmasına göz yummayacaqdır.
Azərbaycan Respublikasının cinayət məcəlləsinin 147 maddəsinə əsasən cinayət məsuliyyəti yaradır . Və eyni zamanda vəkilimlə müqavilə bağlayaraq mülki qaydada mənə dəymiş maddi və mənəvi zərərə göra iddia ərzəsi ilə məhkəməyə də müraciyət edəcəyəm".
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)




























.jpg)


