Magazin1
“Pul gözümü elə tutub ki, ərimi...” - Aparıcı Çinarə
"Ruslanla nişanlı olanda aramızda çox davalar olurdu. Ümumiyyətlə nişanlı vaxtlarda söz-söhbətlər çox olur... Amma ailə qurandan sonra yaxşılığa doğru həyatım dəyişib. Ruslan məni başa düşür. Bilmirəm yaşımız bir-birimizə uyğun oldu, başımız daşdan-daşa çox dəydi və biz həyatı dərk edəndən sonra ailə qurduq. Bəlkə də yaşımız az olsaydı, elə olmazdı"
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Çinarə Əliyeva qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.
Bu ilin iyulunda plastik və estetik cərrah Ruslan Rəsul ilə ailə quran Çinarə əri ilə münasibətlərindən danışıb: "İkimiz də bir-birimizin sözünə qulaq asırıq. Çünki aramızda söz-söhbət olmur, bir-birimizi başa düşürük. Ruslan səhər işə gedib, axşam saat 19:00-da evə gəlir. Mən isə 19:00-da sağollaşıb gedirəm məclisə, bir də gecə saat 00:00-da gəlirəm. Ona görə, aramızda problemlər olmur".
Proqramın aparıcısı Mətanət Əliverdiyevanın "Çinarə, həyat yoldaşın plastik və estetik cərrahdır. Ruslanı qadınlara qısqanırsan?" sualına Çinarə "Pul mənim gözümü elə tutub ki, onu heç kimə qısqanmıram. Özümü isə tanıya bilmirəm" cavabını verib.
Qeyd edək ki, Çinarə Əliyeva daha əvvəlki müsahibələrində bildirib ki, ailə həyatı qurandan sonra toylara getməyəcək. O, yalnız xına məclislərində aparıcılıq edəcək.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar






.jpg)

.jpg)







.jpg)






















