Magazin1
Ağamirzə həmkarlarını "yıxıb-sürüdü" : "Orada-burada danışırlar ki..." - VİDEO
Meyxanaçı Ağamirzə Məmmədov efirdə həmkarlarından gileylənib.
Publika.az xəbər verir ki, sənətkar bununla bağlı qonaq olduğu "Xəzər axşamı" verilişində danışıb.
Söz xiridarı Ağamirzə həmkarlarını yalan danışmaqda ittiham edib. O bildirib ki, onlar efirlərdə yalandan yataq xəstəsi olan Ağakərimə (meyxanaçı Kərim Novruzov) baş çəkdiklərini söyləyirlər:
"Onlara "dost" deyə müraciət edəndə ürəyim ağrıyar. Onlara "dost" olmaz demək. Çıxıb orada-burada danışırlar ki, "belə elədik", "belə xəbər tutduq", amma 95 faizi yalandır. Onlar içində barmaq sayılacaq həqiqətən də dost sözünə layiq meyxanaçılar var ki, xəstə olan həmkarlarımızdan xəbər tutub, onlara baş çəkirlər. 40 gündür ki, meyxanaçı dostumuz Xəyyamın adını çəkirəm. Mehman Əhmədli və Namiq Qaraçuxurlu qardaşımız Xəyyamla çox maraqlanırlar. Dedim ki, Xəyyama dəstək olaq. Halbuki, Xəyyam dəstək istəmir. Deyir ki, “mənə heç nə lazım deyil”. Özümüz bank kredit kartı ayırmışıq... Heç kim məndən soruşmadı ki, “bu kart kimdədir və haraya göndərək”. Onlardan yalnız bir-iki nəfər maraqlanıb.
Amma Xəyyama nə isə olsa, hamı başlayacaq bir ağızdan deməyə ki, bəs Xəyyamdan yoxdur. Və ya söyləyəcəklər ki, "Bilirsən, mən Xəyyam üçün nələr eləmişdim..." Xəyyam öləndən sonra bu kimi söhbət gedəcək. Hamısı yalandandır... Deyirəm ki, dost yoxdur, mənə inanmırlar. Vicdanım haqqı, mənim üçün şəxsən bir dost var. Onun adı Allahdır! Və bu qədər...
Dediyim bu sözləri isə zaman gələcək, nə vaxtsa özünüz dərk edəcəksiniz. Gecə saat 4-ün yarısı qardaşıma deyə bilmirəm ki, böyrəyim ağrıyır. Amma Allaha deyirəm. O isə eşidir məni. Bir sözlə, bir mən varam, bir də Allah".
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO





















.jpg)







.jpg)










