Magazin1
Aygün Bəylərin ölüm səbəbi məlum oldu - VİDEO
Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər ötən gecə vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Publika.az xəbər verir ki, 48 yaşlı Əməkdar artist uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən Ankarada vəfat edib.
Qeyd olunur ki, müğənni Ankaraya müalicə üçün getmişdi.
Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına həmin il - 13 yaşında qəbul edilib. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb.
1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylər görkəmli sənətkarlar Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan dərs alıb.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.
2005-2010 illərdə sənətçi dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edib - Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və sairə.
A.Bəylər həmçinin "Qış nağılı. I film" (2002), "Qış Nağılı. II film" (2003) və "Bakı bağları. Buzovna" (2007) filmlərində çəkilib
.
(Milli.Az))
-
Dünya23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin122:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin220:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı






.jpg)











.webp)













.jpg)


