Magazin1
Razi Əliyeva qalmaqallı toyundan danışdı - Bəyin dostları ona görə yox idi ki... - FOTO
Ötən ilin sonu evlənməsi ilə yenidən gündəmə gələn "Miss Azərbaycan 2017" Razi Əliyeva həyat yoldaşı ilə bağlı sualları cavablandırıb.
Publika.az olay-a istinadən yazır ki, Razi bildirib ki, Nicatla 16 yaşında tanış olub:
"16 yaşımızda Riyaziyyat fənni üzrə hazırlıqda tanış olmuşuq, məni ilk baxışdan sevib".
O, "Necə oldu ki, sizi illərdir sevən adama "hə" demək qərarına gəldiniz sualına isə belə cavab verib:
"Ağlım başıma gəldi. Uşaqlıqda çox şeyi dərk etmirdim, ciddiyə almırdım. Amma zaman mənə çox şeyi öyrətdi və göstərdi. Qismət bu günə imiş...".
"Hər yatanda və oyananda Allaha, bu günümə şükür edirəm. 1 il öncə bu cür sakit, hüzurlu həyatı ancaq arzu edə bilərdim. İndi əlbəttə ki, xoşbəxtəm!", - deyə, Razi bildirib.
Model "Yoldaşınızdan çox rəfiqələrinizlə çox vaxt keçirirsiniz elə bil, yoxsa, bizə elə gəlir" sualını belə cavablandırıb:
"Əgər normal insanlar ailə qurandan sonra bir-birinə super yapışqanla yapışıb, 24/7 bir yerdə olub, özlərini kameraya çəkirsə, deməli, biz anormal insanlarıq. Mənim yoldaşım model, aktyor, bloger deyil, heç normal instaqram səhifəsi də yoxdur. Elə şeyləri xoşlamır. Millət yazıqdan nə istəyir, başa düşə bilmirəm. Hoppanıb düşməli idi? 10-cu dəfə ailə qurmur ki... Əgər mən də öz xassiyyətimlə həyəcanlı idimsə, təsəvvür edin, o, necə idi...".
Razi söyləyib ki, toyları yay aylarına kimi olacaq:
"Uşaq da düşünürük, amma imkan verin toyu edək, sonra..."
"Bir şeyi başa düşmürsünüz ki, hər kəs kameraya düşmək arzusu ilə yaşamır", - deyə, Razi "Toyda bəyin dostları niyə yox idi" sualını cavablandırıb.
"Zamanı geri qaytara bilsəydiniz, ona vaxtında "hə" deyərdiniz? Bunun peşmanlığını yaşamısınız" sualına isə Razi belə cavab verib:
"Bir ara yaşadım, bu mövzu haqqında onunla çox danışmışıq. Amma qərara gəldik ki, hər şeyin bir zamanı var. Təbii ki, onunla uşaqlıqdan birlikdə olsaydım, yaşadıqlarımı yaşamazdım. Bəlkə də 18 yaşımızda evlənsəydik, evliliyimiz uğurlu olmazdı, qədrini bilməzdik, mübahisələrin öhdəsindən gələ bilməzdik. Köhnə uşaqlıq yazışmalarımızın hamısını saxlayıb. Mənə göstərəndə gülməkdən ölürəm. Yəni, o ağılla hansı evlilikdən danışmaq olardı?".
Əliyeva həyat yoldaşı ilə eyni yaşlarda olduğunu söyləyib. O bildirib ki, bəyinin 28, özünün 27 yaşı var.
Qeyd edək ki, cütlük ötən ilin dekabrında nikah bağlayıb.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)
.jpg)

.jpg)




























