Magazin1
Mənzurə: “Keçmiş ərimin acığına...” - VİDEO
"Mənim üçün sevgi bitməyib. Sevgini gözləyirəm. O sevgini almayana qədər bu həyatdan getməyəcəyəm. Mənimlə ailə qurmaq istəyənlərin sayı "n" qədərdir. Əgər mənim xoşuma gələn bir bəy olsa məmnuniyyətlə onunla ailə quraram. Keçmiş həyat yoldaşım deyir ki, mən Mənzurəni tanımıram. Elə onun o acığına yenidən gəlin paltarı geyinib, ərə gedərəm".
Publika.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Sevgi axtarışında olduğunu söyləyən sənətçi bildirib ki, yenidən gəlinlik geyinib ailə qurmaq istəyir:
"Ailə qurmaq qınaq deyil. Ağ libas da olmasa, bej rəngdə don geyinərəm (gülür). Mənim üçün xarici görünüşdən daha çox daxili aləmdir. Daxili aləmi, vicdanı təmiz olmalıdır. Başqa şeylər istəmirəm. Özüm kimi pak insan olmalıdır.
Əgər qarşı tərəfdə bir dənə yalan görsəm o zaman məndən inciməsin. İnsanlar o qədər yalançıdırlar. Pak və təmiz sevgi hər insana nəsib olmur. Kimlərsə kimisə nəyə görəsə, varına-dövlətinə, simasına görə sevir. Mən belə sevgi istəmirəm. İstəyirəm ki, məni Mənzurə kimi sevsin. Mərhəmətli, vicdanlı, pak olsun. Mənə dəyər versin. O insanı başımın tacı edərəm. Kaş elə bir insan olardı ki, məni həqiqətən də təmiz sevərdi".
Qeyd edək ki, Mənzurə Musayeva 19 yaşında ailə qurub. Lakin onların 7 il övladları olmayıb. Məhz bu səbəbdən cütlük ayrılıb.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)

.jpg)










.webp)

















