Magazin1
Brilliant Dadaşova baş verən biabırçılıqlardan DANIŞDI: “35 ildir mən və həyat yoldaşım...“ - VİDEO
"35 ildir ki, mən və həyat yoldaşım Ədalət bəy bu sənət üçün qurbanlar veririk. Elə də davam edir".
Publika.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Danışır musiqi" verilişində deyib.
Sənətçi ictimai-sosial verilişlərdə sıravi vətəndaşların dava etmələrinə qarşı çıxaraq, etiraz edib:
"Təəssüflər olsun ki, bu gün həyasızlıq səmimiyyət kimi qələmə verilib. Biz demokratik ölkədə yaşamağı öyrənməliyik. Demokratiya hərcimərclik, özbaşınalıq deyil. Demokratiya o demək deyil ki, istədiyini danışarsan və 2-3 nəfər sənin ətrafın maddi tərəfdən ödədiyin kimlərsə sənin həyasızlığını səmimiyyət kimi qələmə verərlər. Amma gənclər böyüyür.
Onlar isə öz ailəsindən tərbiyə alıb, ibrət götürməlidir. Amma televiziya xalqın güzgüsüdür. Xarici ölkəyə gedəndə mən birinci televiziyaya açıb baxıram ki, bunlar kimdir, nədir. Təsəvvür edin ki, bizim televiziyanı açan bir qonaq görür ki, oradan qışqırıq səsləri, bir-birini təhqir etmələri, qadınlar, kişilər yığışır ora... İnsan dili anlamasa da, o bir-birinə olan qışqırığı görəndə... Demokratiyanın qayda-qanunları var. Demokratiya bu o demək deyil ki, cızığını aşmalısan".
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)

.jpg)










.webp)

















