Magazin1
Qalmaqal böyüyür: Günel Nəfəsi RÜSVAY ETDİ
Öz adı "Günel" ola-ola başqa ləqəblə çıxan bu xanım (Nəfəsi nəzərdə tutur - red), niyə öz adınla səhnəyə çıxmadın? Mən heç kimin qəlbini qırmaq, xətrinə dəymək istəmirəm. Çünki mən 2003-cü ildən peşəkar səhnədəyəm və əlimdən gəldiyi qədər çalışaram ki, gənclərə dəstək olum. Amma onlar da öz həddini və yerini biləcək.
Publika.az "Bakıvaxtı.az"a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Xəbərin var?" verilişində deyib.
Günel onu tanımadığını və heç vaxt gündəmdə olmadığıı deyən Nəfəsi rüsvay edib:
"Mənim də zamanında sevib səhnəyə gəldiyim müğənnilər var ki, bugünkü gündə onlara hörmətlə yanaşıram. Amma çıxıb onlara dil uzatmıram. Demək istəyirəm ki, zamanında məni məclislərinə çağıran insanlar, söhbət elə Nəfəsdən gedir, sonra da baxıblar ki, yox, bu biz deyən Günel - yəni mən deyiləm. Çünki insanlar səhnədə məni gözləyirmişlər, amma elə zənn ediblər ki, Nəfəs Güneldir. Onu səhnədən aşağı düşürüblər. Yəni, sən bunu özün efirdə danışıb etiraf edirsən ki, Günelin də o zamanlar efirləri partladan vaxtı vardı, indi sən birdən-birə necə deyə bilərsən ki, Günel heç zaman gündəmdə olmayıb? Bu, başdan böyük danışmaqdır".
Hirsi soymayan müğənni deyib ki, mən bunları qınamıram: "Bunlar Aqşin Fateh, Nurlan Təhməzli kimi müğənnilərin sayəsində tanınırlar və sonradan "şişirlər". Amma hər kəs öz həddini bilməlidir. Nəfəs mənim həmkarımdır, amma bax, gör kimə dil uzadırsan. Olmaz! Mən illərlə səhnəyə çıxmasam da, hər zaman varam. Əgər sən belə özünə güvənirdinsə, Günel adlı müğənnilərin səhnədə çox olduğu bir vaxtda öz adından imtina edib başqa adla çıxmazdın", - deyə müğənni əlavə edib.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)

.jpg)








.webp)



















