Magazin1
Elza ÖZÜNDƏN ÇIXDI: “Onlar ora bir qaloşla gediblər…”
"Bəziləri başlarında musiqi notu yox, ciblərində pul olanlar üçün oxuyurlar".
Publika.az "Bakıvaxtı.az"a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Tarixin bir günü" verilişində deyib.
Seyidcahan Rusiya toyları ilə öyünən musiqiçiləri tənqid edib:
"Bəzi ifaçılar çıxıb deyirlər ki, "mən Moskva toylarına düşmüşəm". Moskvadakılar yazıq olmasınlar, buradan gediblər, bir nəsli dolandırırlar. Onlar ora bir qaloşla gediblər, bazarda meyvə satıblar, əllərinə pul gəlib. İndi bu demək deyil ki, onlar musiqini bilirlər".
Əməkdar artist tənqidçilərdən də söz salıb:
"Bu, sənin üçün aşağı səviyyədə olan musiqini sevir. Zamanında dahi bəstəkarımız Qara Qarayev bu musiqilərlə böyük mübarizə aparıb. Bu yaxınlarda onun 106 yaşı oldu, mən konfranslarda oldum, musiqişünaslarımız Qara Qarayevin ən çox tənqidçiliyindən danışdılar. Qara Qarayev o tənqidçiləri qızıl axtaranlara bənzədib. Deyirmiş ki, tənqidçi sübut edəcək dərəcədə izah etməyi bacarmalıdır. Tənqidçilərə mənim canım da qurban. Tənqidçilər olmasa, biz inkişaf etmirik".
-
Hadisə14:16
Tələbə ürəktutmadan öldü - FOTO
-
Ekologiya12:05
Bakı-Şamaxı yolunda qar hərəkəti iflic etdi - VİDEO
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava
-
Hadisə09:10
Azərbaycanda evdə partlayış oldu: xəsarət alan var
-
Nəqliyyat08:55
Bu yolda sürət həddi endirildi