Magazin1
Türkan əsəbiləşdi: “Xanımlığına hörmət et, özünü yığışdır” - VİDEO
“Bax, sənə buradan deyirəm, sən kimsən? İnsan insan olmalıdır. Mən tərbiyəliyəm deyib, yekə-yekə məqalələr yazırsınız... Özünüzü yığışdırın!”
Publika.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Sənətçi ad çəkmədən onun haqda sosial şəbəkədə xoşagəlməz statuslar və postlar paylaşan həmcinsinə sərt şəkildə xəbərdarlıq ünvanlayıb:
“Tərbiyəli xanım, tərbiyəli qadın özünə tərbiyəli deyirsə və o tərbiyənin sonunda saytlara, “Instagram” sosial şəbəkə səhifəsində yazdığı məqalələrdə xoşagəlməz sözlər işlədirsə... İnsanlar girib oxuyub görürlər ki, bu xanımdan iyrənclik yaranır. Onlar “bu xanım belə sözlər istifadə edə bilər” deyirlər. Amma bu gün tərbiyədən danışırlar. Kimliyindən aslı olmayaraq heç kimin şəxsiyyətinə toxunmaq olmaz. Əgər kimsə mənim şəxsiyyətimə toxunacaq nələrsə danışsa, susmayacağam. Bu, bir xəbərdarlıqdır. Mənim üçün onun kimliyinin fərqi də yoxdur. İnsan insan olmalıdır. Xanımlığınıza hörmət edin. Sakitcə öz yerinizdə qalın. Dünənə kimi dedim ki, hörmət edirəm.
O qadının yazdığı məqaləni mənə göndərdilər. Mən oxuyub dedim ki, bu nə murdarlıqdır. Əlbəttə mənə yazıb. Bir neçə gün əvvəl mən stilist Anar Ağakişiyevə müsahibə verdim. Ondan çıxarışlar edib, haqqımda xoşagəlməz sözlər yazıb. Bu xanım dincəlmir. Özünə gəl! Şəxsiyyətə toxunan bir şey olsa... İndiyə kimi şəxsiyyətimi və şəxsi həyatımı qoruyan insan olmuşam. Mən şəxsi həyatla gündəmə gələn insan olmamışam. Ona görə xahiş edirəm, sərhədinizi saxlayın”.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı






.jpg)

.jpg)





.webp)





















