Magazin1
“Fəhlə bizdən yaxşı yaşayır" - Cavanşir Məmmədov gileyləndi
Əməkdar artist Cavanşir Məmmədov maddi durumundan şikayətlənib. Müğənni özünün və həmkarlarının lüks həyat yaşamadığını bildirib.
Publika.az xəbər verir ki, Cavanşir Məmmədov bu barədə Amil Xəlilin aparıcısı olduğu “Gəl danış” verilişində açıqlama verib. O, sənət adamlarının kənardan göründüyü qədər təminatlı olmadığınə bildirib:
“Kənardan elə görünür ki, müğənnilər lüks həyat yaşayır. Amma belə deyil. Müğənni iki ay məhərrəmlikdə, bir ay Ramazan ayında toya getmir. Azərbaycanlılar yanvar-fevral aylarında toy etmirlər ki, soyuqdur, heç kim gəlməyəcək. Təxminən, ilin yarısını işləmirik. Müğənni haradan pul qazanmalıdır?!”
Əməkdar artist sənət adamlarını fəhlə ilə müqayisə edib və üstünlüyü ikincilərə verib:
“Fəhlə hər gün işləyir, müğənni isə bəzən aylarla işsiz qalır. Ustanın yanına gedirsən ki, bu əşyanı düzəlt. Deyir ki, gözlə, yemək yeyirəm, çay içirəm. Amma müğənni bunu deyə bilmir. O, toy başlayandan qutarana kimi oxumalıdır”.
Verilişin aparıcısı Amil Xəlil əməkdar artistin bu sözlərinə etiraz edib. Aparıcı ölkədə hamının bir-birini yaxşı tanıdığını, kimin necə dolandığının hər kəsə bəlli olduğunu deyib.
Yenisabah.az
-
Nida Xəbər 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı






.jpg)

.jpg)




.webp)








.jpg)












