Magazin1
Röyadan Elnarənin atmacalarına cavab: "Yapışacağam onun boğazından ki..."
Xalq artisti Röya Ayxan həmkarı Elnarə Xəlilovanın onun ünvanına atdığı atmacalara cavab verib.
Publika.az bizim.media-ya istinadən bildirir ki, sənətçi bu haqda "Xəbər-ətər" verilişinə müsahibəsində danışıb.
Röya bildirib ki, Elnarənin onun haqda səsləndirdiyi qalmaqallı fikirləri görməzdən gəlsə də, lakin valideynlərinə bunlar çox pis təsir edir:
"Bir gün Elnarə ilə üzbəüz gələndə yapışacağam onun boğazından ki, harada və kimlə danışıb ki, mənim onunla ədavətim var. Qətiyyən bu belə ola bilməz. Biz o qədər mehriban olmuşuq ki, olar bir dəfə dava etmək. Amma bu davanın da bir səbəbi yoxdur (gülür). Sevirəm, sevəcəyəm... Mənim üçün Elnarə əzizdir. Heç kim də bizim münasibətlərə qarışmasın. Özümüz bilərik. Elnarə mənim özümünküdür də...
Ona qarşı heç bir neqativ hissim yoxdur. Onun dediklərini çox rahat qəbul edirəm. Amma ailəm və sevənlərim Elnarənin dediklərini xoş qarşılamır. Bunu da Elnarə bilsin! Ailəm onun haqqımda dediklərindən böyük stress keçirdi. O gün fikir verdim ki, Novruz bayramı efirlərində Elnarənin ifası səslənəndə atam özünü yaxşı hiss etmədi. Sənin evdəkilərin məni çox istəyir. Mən səni başa düşürəm amma evimdə olan yaşlı nəsil səni düzgün başa düşmür".
Qeyd edək ki, Elnarə Xəlilova keçmiş "W-trio"qrupunun digər üzvləri Xalq artisti Röya Ayxan, müğənni Natavan Həbibi eyni zamanda həmkarı Səidə Sultanla danışmır.
Onlar arasında artıq uzun müddətdir ki, "soyuq küləklər əsir". İfaçılar zaman-zaman müsahibələrində bir-birinin ünvanına xoşagəlməz sözlər və ağır ittihamlar səsləndiriblər.
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir








.jpg)

.jpg)





















.jpg)


