Magazin1
"Özünü sındırmırdı, amma qəm içində idi" - Nüşabə
"İlhamə xanımın müsbət cəhətləri və kaprizləri var idi. Kaprizlərini insan kimi başa düşürdüm. Uşaqlıqdan ərköyün böyümüşdü, eqoistliyi də çox idi. Diqqət mərkəzində olmağı, sevilməyi xoşlayırdı".
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xəzər axşamı" verilişində mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı danışarkən deyib. Sənətçi dostluqlarının aralarında yaşanan problemdən sonra başladığını bildirib:
"Ona hər zaman kiçiklik etməyə çalışırdım və edirdim. Anam 39-cu ildən idi. O da 41-ci ildə dünyaya gəlmişdi. Yaşını nəzər alaraq ona bir ana kimi davranırdım. Amma özünə ana desəydim, acığına gələrdi. Özünü bizimlə rəfiqə kimi aparırdı. Tək qalanda nələr çəkdiyini, yaşadığını bilirdim. Üzdə özünü sındırmırdı, amma qəm içində idi. Bizim onunla yaxınlığımız böyük bir problem yaşadıqdan sonra oldu. Böyük çaxnaşma olmuşdu. Savadlı qadın idi, oturub düşünərdi. Bildi ki, qarşısındakı haqlıdır və özü addım atdı, barışdıq.
Anası Tükəzban İsmayılovanın da, mənim də ad günüm dekabrın 21-dədir. Hər anasının doğum günündə məni də yanında görmək istəyirdi". (Axşam.az)
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"