Çindən Rusiyaya sarsıdıcı zərbə: Qiymətləri kəskin artırdı
Bizi izləyin

Dünya

Çindən Rusiyaya sarsıdıcı zərbə: Qiymətləri kəskin artırdı

Çindən Rusiya və Belarusa birbaşa dəmir yolu ilə daşıma tarifləri təyinat məntəqəsindən asılı olaraq 500-800 dollar, dəniz yükdaşıma tarifləri isə 800-1500 dollar artıb.

Publika.az xəbər verir ki, bu barədə “İnfotrans Media Belarus” nəqliyyat və logistika portalı ekspeditor şirkətlərin məlumatlarına istinadən yazıb.

Artım Çin tərəfinin təşəbbüsü ilə həyata keçirilib. Şirkətlərin nümayəndələri Çində pulsuz konteynerlərin sayının azalmasını və sərhəddə yaranan böyük tıxacları göstərirlər.

Həmçinin qeyd edilir ki, Çindən gələn gəmilərdə artıq boş yer qalmayıb. Göndərmə xətləri yalnız cari ayın sonu və iyunun əvvəlində vakansiya təklif edir.

2023-cü ilin sentyabrında məlum oldu ki, Rusiyada Çindən 150 minə yaxın konteyner yığılıb. Bu vəziyyət ticarət balansının pozulması səbəbindən yaranıb. Çin mallarının çatdırılmasından sonra əks istiqamətdə daşınacaq heç bir şey olmadığından, konteynerlər sahibsiz olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm