Sosial
Bu şəxslər 123 min manat cərimə edildi
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikilməkdə olan 32 çoxmərtəbəli yaşayış binasında yoxlamalar keçirilib və 47 şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktı aşkarlanaraq, 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat məbləğdə inzibati cərimə tətbiq edilib.
Publika.az xəbər verir ki, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalar zamanı 512 (+143) şəxsin əmək müqaviləsi olmadan işləməsi faktı aşkarlanaraq işəgötürənlər ümumilikdə 2.374.400 (+591.900) manat məbləğdə cərimələnmiş, habelə bir fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxs inzibati məsuliyyətə (cərimə) cəlb olunub.
Daxil olan müraciətlərə baxılması zamanı işəgötürənlər tərəfindən 15 yaşına çatmamış şəxsi işə cəlb etməklə bağlı 2 fakt da müəyyən edilərək təqsirkar şəxslər inzibati qaydada cərimələnib.
-
Magazin119:36Nigar ona təhqirlər yazan şəxsin fotosunu paylaşdı
-
Hadisə17:20Şəmkirdə 16 yaşlı qız ana oldu
-
MDB17:13Rusiyada bankı partlatdılar
-
Nida Xəbər 16:555 ölkədə 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib
-
ABŞ16:34Tramp: "Bu gün İran çox güclü zərbə alacaq!"
-
Nida Xəbər 16:27Azərbaycana təxliyə olunan səfir: "Partlayış səslərinə oyanır, qalxan tüstünü görürdük"
-
Nida Xəbər 15:09Beş əcnəbi diplomat İrandan Azərbaycana təxliyə edildi
-
MDB14:35Xarkovda dəhşət - Yaşayış binası vuruldu, ölənlər var(Foto)







































