Magazin1
Bu sözlərdən sonra Niyamın mikrofonu söndürüldü - VİDEO
“İndi mənim 47 yaşım var. Övladın başına daş düşsün. (Bu sözlərdən sonra müğənni Niyam Salaminin mikrofonu səs rejissoru tərəfindən söndürülüb). Övladımın olmasını Allah mənə göstərməsin. O uşaq “lya-lya” edib böyüyür və böyüyəndən sonra başına elə oyun açır ki, o zaman insanın ağlı başından gedir. Mən o məsuliyyətin altına girə bilmərəm. Mənim üçün övlad “atam” deməkdir. Onu böyüdəcəyəmsə “atam” kimi bir insan böyütməliyəm. Əgər mən atam kimi ata olmayacağamsa mən yalançı atalığı neynirəm?! Çünki indiki yediyimiz yeməkdən və utduğumuz havadan sonra baş “gedir”.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi illər əvvəl qurduğu ailəsi və xanımından söz açıb. N.Salami bildirib ki, onların uşağı xanımının bətnində tələf olub:
“Ailə - gəlinin gül atması, dəbdəbəli gəlinlik geyinməklə, rəqs etməklə, filankəs “Bentley” avtomobili ilə gəlib, məndə belə istəyirəm kimi şeylər demək deyil. Kiminsə bəhsi ilə nələrsə etmək ailə demək deyil. Ailə başqa şeydir. Ailənin təməli olmalıdır. Ailə quranda xanımıma dedim ki, sənin mənə bahalı mebelin və bahalı brilliant üzük almağın lazım deyil. Mənim brilliantım sənsən. Həyatımı brillianta çevirən sən olmalısan. Ondan xahiş etdim ki, mənə bahalı şeylər almasın. Mən özüm seçdim öz üzüyümü. Getdim çox sadə bir üzük aldırdım və dedim ki, bu mənə bəs edir. Bizim ailəmizin alınmamasının günahi hər ikimizdə oldu. Bizim xasiyyətimiz tutmadı. Mən xanımımla nişanlanandan sonra onu sevməyə başlayırdım. Xanımımın səliqəsi, sahmanı gözəl idi. Bunu itirə bilmərəm. Bir il yarım ailəli olduq. İnsan gərək bir müddət tanımalıdır. Xasiyyət və xüsusiyyət adlı məsələ var, öyrəşməlisən, sən onun iyini belə hiss etməlisən. Bizdə bunlar olmadığı üçün ayrıldıq. “Hay-hüylə” ailə qurmazlar. Bizim övladımız olmalı idi yəni dünyaya gələcəkdi amma problemlər oldu. Amma xanımımın bətnində körpə tələf oldu”.
bizim.media
-
Yaxın Şərq28 Sentyabr 23:20
ABŞ-ın bu ölkədəki səfirliyi mühasirəyə alındı - VİDEO
-
Region28 Sentyabr 23:11
Elan edildi: İran bu ölkəyə qoşun göndərir
-
Sosial28 Sentyabr 19:13
Faciəvi şəkildə ölən Arzunun nişanlısı: "Allah mənim bəlamı versin" - FOTO
-
Hadisə28 Sentyabr 19:02
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
-
Nida Xəbər 28 Sentyabr 18:07
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
-
İdman28 Sentyabr 18:00
Ehtiram Quliyev Bakının bu kəndində 5 hektar torpaq aldı: Məqsədi nədir?
-
Yaxın Şərq28 Sentyabr 17:31
Türkiyə Həsən Nəsrullahın öldürülməsinə belə REAKSİYA VERDİ
-
MDB28 Sentyabr 17:10
Azərbaycanın yaxın dostu ağır xəstəliyə tutulub? - RƏSMİ AÇIQLAMA