Xalq artistimiz rus xanımından buna görə boşanıb
Bizi izləyin

Magazin1

Xalq artistimiz rus xanımından buna görə boşanıb

Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun 9 illik münasibətlərinə son qoymasının səbəbi açıqlanıb.

Publika.az xəbər verir ki, cütlüyün ayrılmasına səbəb uzaq məsafə olub.

Belə ki, cütlüyə yaxın mənbənin dediyinə görə, Yusif Eyvazovun Bakıda, Anna Netrebkonun isə Vyanada yaşaması münasibəti bitirib: “Bu, zaman məsələsi idi, çünki onlar son vaxtlar müxtəlif ölkələrdə yaşayırlar: Yusif daha çox Bakıda işləyir, Anna isə daim Vyanada idi. Münasibətləri sadəcə olaraq yox oldu, hər şey öz-özünə baş verdi”.

Cütlük pərəstişkarlarına "Birlikdə keçirdiyimiz on xoşbəxt ildən sonra çətin, lakin mehribanlıqla ayrılmaq qərarı verdik", - deyə açıqlama verib.

Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm