Türkiyənin müxalifət lideri Putinlə görüşmək istəyir - FOTO
Bizi izləyin

Avropa

Türkiyənin müxalifət lideri Putinlə görüşmək istəyir - FOTO

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel Rusiyaya səfəri zamanı prezident Vladimir Putinlə görüşməyi gözlədiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə siyasətçi jurnalist Fatih Altaylıya müsahibəsində bildirib.

“Gələn həftə Avropa sosialist partiyaları liderlərinin Buxarestdə keçiriləcək qurultayında iştirak etməyi planlaşdırıram. Təkcə Avropa liderləri ilə görüşlər nəzərdə tutulmur - biz Rusiya Federasiyasına , Pekinə gedəcəyik. Putinlə görüşəcəyik”, - deyə o bildirib.

Xatırladaq ki, iyunun 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukraynada münaqişənin həlli istiqamətində Rusiyaya məhəl qoymayan hərəkətlər istənilən nəticəyə gətirib çıxarmayacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm