Magazin1
"Azərbaycan gözəli" seçilən anam küçələrdə xəstəliyə tutuldu - Jerar Qafarov
"Mən dilənçi deyiləm. Sadəcə çətin anımda kiçik yardıma ehtiyacım var idi. Sağ olsun insanlığı itirməyən vicdanlı qonşularım çətin anımda yanımda oldular".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Jerar Qafarov sosial media hesabında yazıb.
Hazırda işsizlikdən şikayətlənən Jerar bildirib ki, Zərgərli onunla maraqlanmır:
"Həyatımla bağlı bilib-bilmədən hər kəs fikir sahibidir. Hər kəs həyatımı görmək istədiyi kimi görür. Kimə görə əla yaşayıram, kimə görə avara. Mən də istədiyirdim ki, ali təhsil alım. Lakin yaşadığım çarəsizlik məni iş həyatına atdı. Namusumla hər işdə işləmişəm. Mən ən başda hər gün aldığım nəfəsə görə Allaha şükür edirəm. Sonra səhəri gün nəfəs alım deyə, mübarizə aparıram. Hər kəs düşünür ki, müğənni Roza Zərgərlinin oğludur, əla yaşayır və sairə. Öncəliklə nə mən, nə də qardaşım Corc Qafarov onun oğlu deyilik. Övladlığıyıq. Bizim anamız Leyla Qafarovadır. Onu da illər əvvəl xəstəlikdən itirdik. Bizi yaşadığı zaman uşaqlar evinə qoydu. Həyat onu elə hala saldı ki, "Azərbaycan gözəli" seçilən anam küçələrdə xəstəliyə tutuldu və rəhmətə getdi. Bizi də küçələrdə ölməyək deyə, uşaqlar evinə qoydu. Yoxsa, heç bir əsl ana övladlarından imtina etməz. Bizim anamız da etmədi. Roza Zərgərli bizə bir qədər yardım edib. Başımın üstündə Allah var, yalan danışa bilmərəm. Bəli, bizə kömək edib. Lakin əgər övladlığa kimisə götürürsənsə, maddi yox, mənəvi olaraq onlarla maraqlanmalısan. Harada qaldığımı, nə yeyib-nə içdiyimi bilmir. Ona haqq qazandırmazdan əvvəl həyatıma bir dəfə də olsa, mənim tərəfdən baxın. Hələ danışmadığım çox şey var. Bunu oxuyun kifayətdir. Əgər oxusanız... Hörmətlə Jerar Qafarov".
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa30 Avqust 16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ



















.jpg)

















.jpg)
