Sevdanı təqib edən şəxsin kimliyi müəyyənləşdi
Bizi izləyin

Magazin1

Sevdanı təqib edən şəxsin kimliyi müəyyənləşdi

Müğənni Sevda Sanaliyevanı təqib edən şəxsin kimliyi müəyyənləşib.

Publika.az xəbər verir ki, bu barədə Qafqazinfo-nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılır: “Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmanın nəticəsinə əsasən, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Xatırladaq ki, S. Sanaliyeva tanıdığı şəxs tərəfindən izlənildiyini bildirib. O, yaşadığı binanın qarajında və evinin önündə çəkilən görüntüləri izləyiciləri ilə bölüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm