Ələsgər Məmmədoğlunun görüntüləri niyə filmdən çıxarılıb? - AÇIQLAMA
Bizi izləyin

Magazin1

Ələsgər Məmmədoğlunun görüntüləri niyə filmdən çıxarılıb? - AÇIQLAMA

"Aktyor var ki, tamaşadan sonra qalır, kimlərəsə özünü göstərir. Axı hər tamaşa hansısa nümayəndə teatra gəlir. Amma Ələsgərdə bu yox idi. Tamaşa bitən kimi evə gəlirdi. Deyirdi ki, mən rolumu oynamışam, kim necə qəbul edirsə-etsin. Küçədə gəzəndə çox vaxt eynək taxırdı ki, tanımasınlar. Çox təvazökar insan idi. Heç vaxt rejissorlardan nəsə xahiş etmirdi. O komediya aktyoru kimi tanınırdı. Amma teatrda dramatik rolları da var idi. Kim nə verirdisə oynayırdı"

Publika.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, mərhum aktyor Ələsgər Məmmədoğlunun həyat yoldaşı Nazilə Mənsimova deyib. O daha sonra bildirib ki, aktyorun Siyavuş Aslanla "Ay, Ələsgər, nə varee Ələsgər" dialoqu sözləri siqnala çevrilib.

"Qəflətən yanından keçib siqnal verirdilər. Sözün düzü qorxurdu. Bilərəkdən edirdilər. Yaşadığımız ərazidə bütün günü demək olar ki, o siqnal səslənirdi. Bəzən xoş təsir edirdi, bəzən isə əsəbləşirdi. Bir dəfə də bir taksiyə minib. Görüb ki, siqnalı "Ay Ələsgər"-dir. Deyib ki, niyə belə hərəkətlər edirsiz? Sürücü deyib ki, ay Ələsgər müəllim, ucuz deyil ee, 300 manat verib siqnal yazdırmışam. Uzunmüddətli dialoqları gedib. Ələsgər maşından düşəndə zarafatca deyib ki, siz mənə 300 manat yox, 150 manat verin mən sizin üçün onu uca səslə oxuyum" deyə xanımı bildirib.
Nazilə Mənsimova bildirib ki, Ələsgər dünya şöhrətli aktyorlarla "Tehran 43" filmində rol alıb. Amma..

"Dünyaca məşhur aktyor Alen Delonla birlikdə "Tehran-43" filmində çəkilib. Həmin film 6 seriya idi. 4 seriyasını kəsib, 2 seriyasını saxladılar. Biz həmin filmin 6 seriyasına da baxmışdıq. Sonra baxdıq gördük ki, elə bil film qalmayıb. Ələsgərin də əksər hissələri kəsilmişdi. Həmişə heyfslənib deyirdi ki, bu kino getsəydi mənə bəs idi, bütün SRRİ-də məşhur idim. Orada dünyanın məşhur aktyorları çəkilib. Həmin kasetlər hazırda bizdə yoxdur" deyə aktyorun xanımı bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm