“Yoldaşıma yazığım gəlir ki, qarşısına mənim kimisi çıxıb"
Bizi izləyin

Magazin1

“Yoldaşıma yazığım gəlir ki, qarşısına mənim kimisi çıxıb"

"13 ildə həyat yoldaşıma bir dəfə süfrə açmamışam. Kişi istəyər səhər oyananda qarşısına çay qoyan, paltarını yuyan olsun. Bunu etməmişəm. Mənim həyatım bu cürdür. Yazığım gəlir ki, onun qarşısına mənim kimisi çıxıb. O, çox yaxşısına layiqdir".

Publika.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günü bu gün" verilişində deyib. Həyat yoldaşından danışan sənətçi dedikləri ilə diqqət çəkib.

Fatimə daha sonra oğlunun ona qoyduğu qadağadan söz açıb:

"Problemim geyimdir. Bəzən çarəsiz açıq geyinirəm. Oğlum başlayır ki, geyinmə. Baxıram ki, mənə yaraşmır. Açıq geyinənə normal baxıram. Mənə yaraşmır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm