Magazin1
Kərimə qarşı 22 minlik dələduzluq: “Silahla təhdid edir…” – VİDEO
“İlin altı ayını işləyirik, altı ayını evdə otururuq. Dedim ki, mən də əlavə bir iş görüm, pul qazanım. Heyvandarlığa marağım var idi, amma düşdüm bir dələduzun əlinə”.
Publika.az xəbər verir ki, Kərim Abbasov bu haqda “Günə bax” verilişində danışıb. Kərim iş qurduğu şəxsin ona 22 min manat ziyan vurduğunu açıqlayıb:
“Siz fikirləşin ki, tanımadığım Murad adlı adamla iş qurdum. Dörd ay ərzində hər şey əla idi. Sonra bu adamı tanıyanlar mənə yazırdılar ki, Kərim bəy siz kiminlə iş görürsünüz? Bir dayanın, gözləyin, bu qədər pul tökməyin. Siz bilmirsiniz bu adam kimdir! Dörd ayın tamamında mən “stop” verdim. Bundan sonra onun sifəti çöndü. Mənim aldığım heyvanı oğurlayıb satdı. Adında qanunu silah var, onunla mənə hədə-qorxu gəldi. Aldığım maşını özəlləşdirib satdı. 22 min manat mənə ziyan vurdu.
Heyvan oğurlanan gün gecə saat 1-də Neftçala rayon polis şöbəsində ərizə yazmışam. İki aydır heyvan tapılmır, iki aydır maşın yoxa çıxıb və adam məni silahla təhdid edir. Haqlı olduğum halda haqsız duruma düşmüşəm. Görəsən, mən bu qədər oğurluq etsəydim, rahat gəzə bilərdim? Mənə zəng edib deyir ki, görürsən, mənə heç nə etmədilər və heç nə də edə bilməyəcəklər. Bax bu məni yandırır”.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ilə bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanıb, arasdırmalar aparılır.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq











.png)























