Magazin1
“Anladım ki, özüm buna şərait yaratmışam” - Aynişan boşanmasından danışdı
“İnsanlara aqressivləşdim ki, niyə hər kəs hər şeylə maraqlanır? Yaxşı nəsə olanda, insanlar maraqlananda adam incimir. Lakin problemlə maraqlananda, insanlar hücum çəkəndə adam özünü narahat hiss edir. Lakin anladım ki, özüm buna şərait yaratmışam. İlk başda paylaşmışam deyə, artıq insanlar başqa açıqlama gözləyirlər. Əgər insanların şəxsi həyatını danışmağını istəmirsənsə, əzəldən bunu danışmamalısan. Ya da uzaqbaşı paylaşırsan ki, evləndim, bitdi”.
Publika.az xəbər verir bu barədə influenser Aynişan Quliyeva ARB TV-də yayımlanan “Pərvizə görə” layihəsində deyib.
O, şəxsi həyatı, evlənməsi və boşanması haqda yayımlanan xəbərlərə münasibət bildirib:
“Hər halını paylaşırsansa, məcbur digər halını da paylaşmağını istəyirlər. Yəqin ki, şəxsi həyatımla bağlı xəbərlər çıxan dönəmlər həyatımın ən ağır dönəmlərindən biri idi, istəyirdim tez bitsin. İndi insanlardan küsmürəm. İçimdə insanlara qarşı kin olmayıb, salam verməsəm də, onlara qarşı pislik olmayıb, sadəcə küsmüşəm. İndi yaxın bildiyim insanlarla bəzi şeyləri paylaşıram. Onlardan səhv addım görəndə oturub danışıram. Əvvəl bir insanla küsdümsə, barışa bilmirdim. Elə olub ki, indiyə qədər də danışmamışıq. Son zamanlar altdan almağı öyrənmişəm”.
“Son vaxtlar “qocalmısan” yazırlar. Bu, normaldır. Mən bir çox arzuma çatdığım üçün bu “qocalma” uğurlu davam edir. Təki hər birimiz arzumuza çata bilək, illər ərzində nələrəsə nail olaq. Elə böyük arzularım yoxdur. Kiçik şeylərdən xoşbəxt oluram. Delfini qucaqlamaq ən böyük arzularımdan biri idi. Delfini qucaqladım. Hollivuda getdim, onda çox xoşbəxt idim. Əsas odur ki, bu arzularıma öz zəhmətimlə çatıram. Mənə icazə verir ki, özümlə qürur duyum. Ev məsələsində anam dedi ki, mən kömək edim. Dedim, ana, qoy bir işi axıra kimi çatdırım, özümə sübut edim ki, böyümüşəm. Anam da baxır qürurlanır”, - Aynişan Quliyeva qeyd edib.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq











.png)























