Magazin1
Aysunun ərindən gözlənilməz paylaşım: “Xəyanətin kölgəsində sevgi solur” - VİDEO
Aysun İsmayılovanın əri, tanınmış vəkil Ramil Vəliyev sosial şəbəkədə paylaşdığı video ilə müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Ramil Vəliyev sosial media hesabından “xəyanətin kölgəsində sevgi solur” adlı mahnının müşayiəti ilə video paylaşıb.
İzləyicilər isə bu paylaşımdan sonra bir sıra iddialar irəli sürərək müğənninin onu aldatdığını, buna görə ayrılıq olduğunu iddia ediblər.
Mahnının sözləri belədir:
"Xəyanətin kölgəsində sevgi solur
Yalanlar əsir edir, ürək dolur
Zamanla bu acı sönər bəlkə,
Amma izi qalır qəlbimizdə
Hər şey dəyişdi,
Bir vaxtlar sevdiyim üz
İndi yad kimi
Sözlərində gizlidir
Xəyanətin izi".
Xatırladaq ki, müğənni Aysun İsmayılova və həyat yoldaşı, bir müddət öncə boşanmağa qərar veriblər. Bu barədə Ramil Vəliyev məlumatı təsdiqləyərək bildirib ki, boşanmanın səbəbi onun kobud və soyuq xarakteridir. O, həmçinin qeyd edib ki, hər iki tərəf nikahın pozulması üçün mediasiyaya müraciət edib.
Aysun İsmayılova isə sosial media hesabında açıqlama yayaraq övladının gələcəyini nəzərə alaraq ailəsi ilə bağlı danışmaq istəmədiyini bildirib və mediadan bu mövzuda suallar ünvanlamamalarını xahiş edib.
Qeyd edək ki, cütlüyün Sevgi adlı bir qızı da var.(Yenisabah.az)
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































