Magazin1
Mətanət Manafın nəvəsinə maşın hədiyyə edib?
Müğənni Mətanət Əsədova "Etiraf" verilişinin qonağı olub.
Publika.az xəbər verir ki, sənətçiyə proqramın aparıcısı "Bir nəfərin nəvəsinin doğum gününə brilyant maşın aparmısınız" sözlərini ünvanlayıb.
M.Əsədova ad çəkmədən həmin şəxsin Manaf Ağayev olduğunu işarə edib:
"Elə məndən inciyən də həmin adamdı. Anlaşılmazlıq olub küsüb, mən isə haqlı səbəbdən ondan küsmüşəm. Mənim könlüm alınmalıdır. Kiminsə könlünü almağa halım yoxdur. Heç kimlə işim yoxdur. Mənə sözü olan nömrəmi bilir. Harada deyirsə, orada görüşək, danışaq. Görək nədir alıb verə bilmədiyimiz. Efirdə danışmaq lazım deyil. Efirdə mənim üçün nəsə deyib, mən də orada cavab verəcəyəm. 40 il dostluq edənlər efirdə dostluq edirdi, dərdini efirdə deyirdi? Niyə orada danışırlar?".
Qeyd edək ki, M.Ağayev M.əsədova ilə küsdüklərini açıqlayıb. "Onun haqqında çox danışmayacağam. Zamanı gələndə hər şey bilinəcək. Ona sual verirsən ki, 3 müğənni, qayıdır başqa müğənni yoxdur? Məndən ötrü ağlaya-ağlaya efirə gələn adam, nə etdi. Mən də onun üçün ölümə, söz-söhbətə getmişəm. Bir efirdə söhbət olmuşdu, onlar hara kimi getdi. Həmin adamı gətizdirib evində Mətanətdən üzr istətdirdim. Amma dəyməzmiş" deyə, Ağayev bildirib.
O əlavə edib ki, küsmələrinə səbəb ad günündə M.Əsədovanın oxumasına imkan verməməsi olub./Axşam.az
-
Dünya07:55İki yüksək sürətli qatar relsdən çıxdı: Çoxlu sayda ölü var - YENİLƏNDİ
-
Banklar 07:35Bu ölkədə UNO xəbərdarlığı edildi - Hazırlaşın!
-
Magazin107:15Safurə həyat yoldaşının ad gününü belə qeyd etdi - VİDEO
-
ABŞ05:45Amerikalılar süni intellektdən imtina edir
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi









.png)








.jpg)


.jpg)












