Magazin1
Afət Fərmanqızından Naziləyə cavab atəşi: “Əlinə pul verildiyi videolar var!”
Nazilə Səfərlinin gündəmi silkələyən açıqlamaları insanlar və şou əhli arasında fikir mübadilələri yaradıb. Bəziləri şairənin dediyi fikirləri haqlı saysa da, bəziləri bu fikirlər ilə razılaşmadığını bildirib.
Publika.az məsələ ilə bağlı Yenisabah.az müğənni Afət Fərmanqızı ilə əlaqə saxlayaraq onun fikirlərini öyrənib:
- Nazilə Səfərli deyir ki, “toylarda başlarına pul səpilib onu paylaşan müğənnilər oğrularla, quldurlarla şərikdir”. Bu fikrə münasibətiniz necədir? Özünüzü bu ittihamda görürsünüz?
Mənim fikrimcə, bütün bunlar yanlış düşüncələrdir. Elə video görüntülər var ki, Nazilənin də əlinə pul verilib. O görüntülər də sosial mediada paylaşılıb. Bilmirəm, bunları Nazilə özü paylaşıb, ya başqası tərəfindən paylaşılıb. Haradasa, 3-4 il öncəyə aid videolardır. Onda Nazilə ipiucu verirdi ki, millət burada pul var? Yox, elə bir şey yoxdur.
- Siz özünüz nə düşünürsünüz, müğənnilərin bu cür şəxslərlə əlbir olması məsələsi ilə bağlı?
- Biz hüquqi ölkədə yaşayırıq. Heç bir müğənninin başı üçün deyil Nazilənin adını çəkdiyi hansısa qüvvələrlə əlbir olsun. Mən belə düşünmürəm. İnanamıram ki, hansısa müğənni kimlərləsə əlbir olub, işbirliyi qursun. Çünki Nazilə xanımın dediklərində qanundankənar işlər nəzərdə tutulur.
- Sizcə, toyda başa pul səpmək və onu paylaşmaq oğurluqla və ya qeyri-qanuni pullarla əlaqələndirilə bilərmi? Bu ədalətli yanaşmadır?
- Xeyr, əlaqələndirilə bilməz. Əlbəttə, şabaş məsələsinə gəldikdə isə mən özüm də toylara gedirəm. Əllərimizdə də şabaş olur. Müğənnisənsə, toyda gətirib əlinə alma ya armud verəsi deyillər ki... Müğənni oxuyursa, şabaşın da verilməsi normal haldır. Bu qədimdən qalma adətimizdir. Sənətçiyə şabaş verərlər. Toyun da gözəlliyi elə odur. Bunlar hamısı boş söhbətlərdir.
- Heç olubmu ki, toyda sizə pul verən şəxsin kimliyi sizi narahat etsin – məsələn, pulun haradan gəldiyini düşünəsiniz? Ümumiyyətlə bu müğənninin problemidir?
- Yox. Gündəmdə olan müğənnilərə, elə hamımıza şabaş verilir. İçində küsülü olduqlarım da var, yaxşı münasibətim olanlar da var. Mən düşünmürəm ki, kimsə işarə etsin ki, filan yerdə pul var. Bu məsələ niyə müğənnini düşündürməlidir ki? Dəvət edirlər, gedib oxuyuruq. Şabaş verib- verməmək isə toy sahibinin şəxsi istəyidir.
- Həmkarlarınız deyirlər ki, Nazilə Səfərlinin açıqlaması sənətçilərin nüfuzuna xələl gətirir, onları gözdən salır. Siz bu barədə nə düşünürsünüz?
- Nazilə Səfərlinin bu fikirlərinin heç birinə şərik deyiləm. Hamısı boş söhbətlərdir. Toyda şabaş verərlər. Burada nüfuza xələl gətirəcək heç nə yoxdur.
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar







.jpg)


.jpg)





.jpg)



















