Magazin1
Orxan Lökbatanlıdan sərt cavab: “Hüseynin toyu azalan kimi...”
Klarnet ifaçısı Hüseyn Məmmədoğlu ilə meyxanaçı Orxan Lökbatanlı arasında mübahisə yaranıb.
Publika.az xəbər verir ki, ifaçılar "Günə Uğurla" verilişində gərgin anlar yaşayıblar.
Hüseyn Məmmədoğlu meyxanaçıların uşaqların tərbiyəsini pozduğunu deyib:
"Bəzi meyxanalar var ki, uşaqların tərbiyəsin korlayır. Həmin meyxanalara qulaq asmaq olmaz. Elə məclislər var ki, orada səslənən meyxana gənclərin və uşaqların tərbiyəsinə ziyandır. Düzgün meyxanaya dəyər verən insanam. Onlar mənim üçün qeyri-adi istedada malik olanlardır. Amma bəzi məclislərdə səslənən meyxanalar... Onların qarşısına fakt da qoyaram, deyərəm baxın. Amma gənclərin düzgün formalaşmağına ziyan olan meyxanalar da var".
Meyxanaçı Orxan Lökbatanlı Hüseynin fikirlərini qəbul etməyərək onu sərt tənqid edib:
"Hüseynin toyu azalan kimi meyxanadan danışır. Tərbiyə evdən başlayır. Ot kökü üstündə bitər. Evdə tərbiyələnən uşağa çöldə nə etsən də pozulmaz. Tərbiyəsi pozulmağa meyilli adam evdə də, çöldə də pozulacaq. Nə oldu hər şey qaldı kənara meyxana pozdu hamını? Bir-iki il əvvəl klarnet ifası ilə də tərbiyə pozulurdu. Onlara qulaq asanda başqa cür yaşamaq istəyirdilər. Kim yaddan çıxır, məclisi azalır meyxanadan danışır. Tərbiyəli uşaq onu evdən alır.
Deyir, fakt qoyaram. Qarşına elə fakt qoyaram ki, klarnet ifa etməzsən. Hər şeyi danışmaq tərbiyəsizlikdir. Hüseyn acıdil adamdır, kimə nə gəldi deyir. Müharibə vaxtı heç bir klarnet ifaçısını cəbhədə görmədim. Amma bütün meyxanaçılar cəbhədə idi".(Yenisabah.az)
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































