Magazin1
“Alim Qasımova dərs demişəm, indi şöhrətlənib məni yada salmır” - VİDEO
“Mən Asəf Zeynallı adına musiqi kollecində musiqi ədəbiyyatı dərsini tədris etmişəm. Xalq artistləri Alim Qasımov, Bilal Əliyev, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova mənim tələbələrim olub. Mən onlara musiqi ədəbiyyatı dərsini demişəm. Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov bu gün məni yada salırlar. Bilal Əliyevi evimin yanında görürəm, salamlaşıram, deyəsən orada qalır. Əlbəttə ki, yada salmayanlar da var. Mənim də müəllimlərim dahi şəxsiyyətlər olublar. Məni yaradanlar onlar olub. Əfsər Cavanşirovu, Qara Qarayevi, Cövdət Hacıyevi, Ağabacı Rzayevanı necə unuda bilərəm?”
Publika.az xəbər verir ki, bunu Medianews.az-a bəstəkar-müğənni, dillər əzbəri “Kukla” mahnısının ifaçısı Zabitə Məmmədova deyib.
O daha sonra xalq artisti Alim Qasımovun onu yada salmadığını bildirib:
“Alim Qasımov artıq şöhrətli müğənni olub deyə, məni heç yada salmır. 4 il ona dərs demişəm. Desəm ki, çox yaxşı oxuyurdu yalan olar. Tələbə idi də. Yada salmır salmasın. Hərənin bir xasiyyəti var da. Alim Qasımova mən arzu edirəm ki, uğurları daha da bol olsun, zirvələri, uca dağları aşsın. Çox hörmət etdiyim tələbələrimdəndir. İstəyir unutsun, istəyir unutmasın. Mənim başım yaradıcılığıma qarışıb” deyə o bildirib.
Zabitə xanım “Kukla” mahnısının yaranmasından da danışıb:
“O vaxt Əfsər Cavanşirovun yanına gəldim. Məndən bir mahnı soruşdu. Mən də “Ay işığında” mahnısını ifa etdim. Evdə bütün günü oxuyub, valideynlərimin baş-beynini xarab edirdim (gülür). Əfsər müəllim dedi ki, bu mahnı uşağa aid deyil, uşaq mahnısı ifa et. Mənə “Kukla” mahnısını verdi. “Kukla” mahnısını da mənə Suğra Bağırzadə və bacısı öyrətdi. Onlar da Əfsər müəllimin yanına gəlirdilər. Suğra xanım “Cücələrim” mahnısı ilə o vaxt məşhurlaşmışdı. “Kukla” da mənim ifamda məşhurlaşdı. Əfsər müəllim deyirdi ki, sənin qeyri-adi qavrama qabiliyyətin var. Nə göstərirdisə o dəqiqə qavrayırdım, ona izah edirdim”.
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz





































