Magazin1
Ev dustağı olan Rəqsanə necə konsert verəcək? - Hüquqşünas detalları açıqladı
Bir neçə gün əvvəl ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova solo konsert verməyə hazırlaşır. Müğənni dekabrın 16-da paytaxtdakı restoranlardan birində səhnəyə çıxacaq.
Bununla bağlı Publika.az müğənninin qızı Aysun İsmayılovanın meneceri ilə əlaqə saxladı. Menecer məlumatı təsdiqləyərək Rəqsanənin həqiqətən konsert verəcəyini və qızı Aysun xanımın da konsertdə qonaq qismində iştirak edəcəyini təsdiqlədi.
Maraqlıdır, ev dustaqlığında olan bir şəxs restoran və ya hər hansı tədbirdə iştirak edə, ümumiyyətlə konsert verə bilər?
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Publika.az-a açıqlamasında bunu belə izah etdi:
“Rəqsanə xanım müğənnidir. Onun faktiki qazancı və gəliri ifaçılıqla bağlıdır. Bu səbəbdən onun konsert verməsində hər hansı problem görmürəm”.

Ev dustaqlığının şərtlərinə toxunan hüquqşünas bildirdi ki, "bu növ cəza alan şəxs yalnız evdə olmalıdır, evdən çıxmamalıdır", - deyə bir tələb yoxdur:
“Əgər məhkəmə təqsirləndirilən şəxsin üzərinə əlavə məhdudiyyətlər qoymayıbsa, o, sərbəst şəkildə konsert verə bilər. Yalnız şəxsin üzərində daşıdığı elektron qolbağa dair tələblərə əməl etmək və onu daim üzərində saxlamaq həmin şəxsin məsuliyyətlərindən biridir. Məhkəmə müəyyən edə bilər ki, şəxs konkret ərazi hüdudlarını tərk etməsin. Məsələn, onun qeydiyyat ünvanı Bakı şəhəridirsə, paytaxtdan kənara çıxmamalıdır. Eyni zamanda şəxsin üzərində daşıdığı elektron qolbaq da onun məsuliyyətlərindən biridir və buna əməl etməlidir”.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
























.jpg)













