Magazin1
Ruhəngiz Allahverdiyeva: “Gedib öz arvadının dərdini çəksin” - REAKSİYA
Müğənni Ruhəngiz Allahverdiyeva qəzəblənib. “Xəzər” telekanalında internet vasitəsi ilə ona yazılan nalayiq sözlər sənətçini özündən çıxarıb. Belə ki, aparıcı Zaur verilişə ünvanlanan mesajı oxuyub. İsmarışın müəllifi Ruhəngiz Allahverdiyevanın yanaqlarını Cavanşir Məmmədovun yanaqlarına bənzədib.
Bu barədə Publika.az-a açıqlama verən xanım müğənni əsəblərinə hakim ola bilmədiyni deyib: “Dünya ulduzlarına baxırsan, səhnədə soyunur, əynindən paltarı düşür, ayaqqabısız oxuyur, amma bir söz deyən olmur. Amma bizdə peşmansan üz-gözünə bir balaca əl gəzdirəsən, o saat başlayırlar səni qaralamağa. Mənim gözəl və cavan olmağım da bəzi insanları yandırır. Bilmirlər ki, adsız-ünvansız təhqirləri ilə əhvalımızı necə korlasınlar. Özüm bilərəm, üzümə dolğu vurduraram, ya da dodağıma silikon qoyduraram. Mənə istehza edən adam gedib öz arvadının, ya ərinin dərdini çəksin”.
Ruhəngiz xanım həmin adamın şou-biznes nümayəndəsi olduğunu da istisna etmir: “Zaur bildirdi ki, həmin mesajı yazan adam adını qeyd etməyib. Amma yüz faiz bilirəm ki, o adam kənar insan deyil, elə öz içimizdən olan müğənnidir. Söz yox ki, mənim düşmənim, qalmaqalda olduğum müğənni həmkarım yoxdur. Amma kənar adamın belə söz yazacağına inanmıram. İnanın ki, heç vecimə də deyil. Çünki bizdə müğənniləri məsxərəyə qoymaq adətdir. Həmin adamın bəlkə heç arvadından da xəbəri yoxdur. Görmürsünüz, Elza Seyidcahan ayaqqabısını tay-keş geyinəndə o saat ona lağ edirlər. Əcəb edir, kefi necə istəyir, elə də geyinir. İndi neyləyim ki, mənim də yanaqlarım toppuşdur, bəzilərini yandıran da budur. Belə dolğu vurdurmuşam, botoks etdirmişəm, əcəb eləmişəm. Bax, sizə nə var? Hər kəs öz şəxsi həyatı ilə məşğul olmalıdır, burnunu başqalarının həyatına soxmamalıdır”.
Cəvahir
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb