Magazin1
Aygün Kazımovanın mahnısını türkiyəli müğənni ifa edəcək – VİDEO
Türkiyədə yaradıcılıq işlərini uğurla davam etdirən Azərbaycan xalq artisti Aygün Kazımova orada albom işlərini tamamlamaq üzrədir. Publika.az xəbər verir ki, xalq artisti bu barədə ATV telekanalına müsahibəsində deyib.
Aygün Kazımova mahnısını türkiyəli müğənninin ifa edəcəyini də bildirib:
“Murat Yetər zəng edərək, məndən halallıq istədi. “Düşün məni” mahnısını Türkiyədə bir müğənninin ifa etməsini istədiyini dedi. Kimin ifa edəcəyi ilə maraqlanmadım. Bilirəm ki, Murat Yetər mahnımı sıradan bir müğənniyə verməz”.
Qeyd edək ki, “Düşün məni” mahnısını Aygün Kazımova 2011-ci ildə ifa edib. Mahnının musiqisi Sevinc Tağıyevaya, sözləri isə Sevinc Şirinə aiddir. Klipin çəkilişini Türkiyədən gələn 22 nəfərlik heyət həyata keçirib. Ekran işi Aygün Kazımovanın ən bahalı kliplərindən hesab olunur.
İsa Şükürov
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ