
Aprelin 14-də Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş sərgi açılacaq və xatirə tədbiri keçiriləcək.
Muzeydən Publika.az-a bildirilib ki, sərgidən
əvvəl Azərbaycanın görkəmli rəssam və tanınmış incəsənət
xadimlərinin iştirakı ilə Kazım Kazımzadə yaradıcılığına həsr
olunmuş dəyirmi masa, həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru
Sevil Kərimovanın “Kazım Kazımzadə” adlı kitabının təqdimatı təşkil
olunacaq.
Qeyd edək ki, sərgidə rəssamın 46 qrafik əsəri nümayiş
etdiriləcək.
Cəvahir