Magazin1
Azərbaycan kitabları London sərgisində - FOTOLAR
Aprelin 14-dən 16-dək Londonda növbəti beynəlxalq kitab sərgisi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə sərgidə ölkəmiz də təmsil olunub.
Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, sərgi ekspozisiyasında Qız qalasının təsviri olan 40 kvadratmetrlik sahədə qurulmuş stendimiz xüsusi tərtibatı ilə diqqət çəkib. Burada Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Tərcümə Mərkəzinin, “Qələm”, “Radius”, “Altun kitab” nəşriyyatlarının nəşrləri, ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş kitab və reklam çap məhsulları nümayiş olunub.
Maraqlananlara ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi,
tolerantlıq ənənələri, turizm imkanları, Azərbaycanın ev sahibliyi
edəcəyi I Avropa Oyunları, bu il keçiriləcək IV Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası haqqında məlumat verilib, kitablar hədiyyə
edilib.
Monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Stendə Azərbaycan mədəniyyətinin himayədarı, Heydər Əliyev Fondunun prezidenti UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərindən bəhs edən nəşrlərə də xüsusi yer ayrılıb.
1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan London sərgisində bu il Avropa ölkələrindən, eləcə də ABŞ, Kanada, Yaponiya, Çin, Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Hindistan və Türkiyədən 500-ə yaxın dövlət və özəl nəşriyyatlar iştirak edib. Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2009-cu ildən ölkəmizi London beynəlxalq kitab sərgisində təmsil edir.
Cəvahir
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...