Magazin1
Kamal Xudaverdiyevin anım günüdür
Bu gün Azərbaycan kinosunda və səhnəsində özünəməxsus yeri olan aktyor, xalq artisti Kamal Xudaverdiyevin xatirə günüdür.
Publika.az xəbər verir ki, K.Xudaverdiyev 1938-ci il mayın 3-də Bakıda doğulub.
1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə teatra işə dəvət olunur. Ömrünün sonuna qədər həmin teatrda fəaliyyət göstərən aktyor bu illər ərzində gözəl tamaşalarla yanaşı, televiziya tamaşalarında da bir-birindən maraqlı obrazlar yaradıb. “Atayevlər ailəsi”ndə oynadığı İldırım, “Şərqin səhəri”ndə Cavanşir bəy, “Alov”da Qaşqay, “Yadigar”da Müəllim bu gün də tamaşaçıların yaddaşında yaşayır.
Kamal Xudaverdiyev eyni zamanda, kinoda da öz sözünü deyən sənətkarlardan olub. “Dədə Qorqud”, ”Əlvida cənub şəhəri”, “Şahid qız”, “Qəzəlxan”, “Qatır Məmməd”, “İstintaq davam edir”, “Nəsimi” kimi milli kinomuzun incilərində özünəməxsus obrazlar yaradıb.
Qeyd edək ki, aktyor 2008-ci ildə Bakıda ürək çatışmazlığından dünyasını dəyişib.
Cəvahir
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı