Təranə Səmədova: “Kaş əvvəldən belə dəli olardım”
Bizi izləyin

Magazin1

Təranə Səmədova: “Kaş əvvəldən belə dəli olardım”

Bu gün “Space” telekanalında yayımlanan “Günaydın” verilişi məşhur qonaqlarını “Nəyi dəyişmək istərdiniz?” sualı ətraflında danışdırıb. Qonaq olan prodüser Təranə Səmədova bütün olanların bir dərs olduğunu bildirib.

“Həyatda heç nəyi dəyişmək istəməzdim. Düzdür, həyatda səhvlərimiz olur. Bəzi pis insanlarla rastlaşırıq. Amma bu səhvlər nəticəsində pis insanları tanımasaq yaxşıların qədrini bilmərik. Hərdən də fikirləşirəm ki, ağıllı olub hər kəsi fikirləşməkdənsə, qoy axmaq olum, hamı məni fikirləşsin. Sonra da deyirəm ki, kaş əvvəldən belə dəli olardım”.

Manaf Ağayev isə sualı cavablandırmasa da, verilişin gözəl və peşəkar aparıcısı Vüsalə Kərimovanı tərif atəşinə tutub: ”Bu gün xüsusi gözəl görünürsünüz. Hər zaman gözəlsiniz. Amma bu gün möhtəşəmsiniz. Hətta studiyaya girəndə sizi tanımadım. Ən gözəl dəyişikliyi bu gün Vüsalə xanım etdi. Onun geyimi, duruşu, xüsusilə də, saçları çox gözəl görünür”.

Bu sözlərdən xoşlanan xanım aparıcı qonağına təşəkkür edib.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm