Magazin1
"Maşın şou" yenə təxirə salındı - FOTO
ANS TV-də yayımlanan "Maşın" realiti-şou bu gün də efirə
getməyəcək. Layihənin rəhbəri və aparıcısı Murad Dadaşov ANS
PRESS-ə açıqlamasında, layihənin Bakıda baş verən məlum faciə ilə
bağlı təxirə salındığını bildirdi:
"Xalqın ayrılmaz hissə olan bir vətəndaş olaraq Binəqədi rayonunda
baş verən faciə bizə çox pis təsir etdi. Gözlənilməz faciə baş
verən dəqiqədən sonra "MGP" (M Group Production) və ANS TV ilə
müştərək qərar qəbul edərək "Maşın" şounun efirini təxirə saldıq.
Biz hamıdan tez belə qərar verdik. Başqa cür ola da bilməzdi!
Maşının tarixində ilk dəfə olaraq yayımı dayandırdıq. Bu bizim
vicdan borcumuz idi. Onlar arasında azyaşlı uşaqların da olması
acımızı ikiqat çoxaldır. Çox ağrılıdır.
Milli adətlərimizi nəzərə alaraq bu gün də efirə çıxmayacağıq. Bu
gün faciəvi şəkildə həlak olanların 3 mərasimi və ilk cümə
axşamıdır.
Sənətçi dostlarımla dünən onları ziyarət etdik. Verə biləcəyimiz
dəstək onların yanında olub, əllərindən tutmaqdır. Şou efirə
getməyən bizə çoxsaylı zənglər, müraciətlər oldu. Səbəbi
açıqladıqda anlayışla qarşıladılar. Bizim bu qərarımızı anlayışla
qarşıladılarına görə, tamaşaçılarımıza və sponsorlarımıza çox
minnətdaram.
Faciənin miqyasını dərindən hiss edir, ölənlərin yaxınlarına dərin
hüznlə baş sağlığı veririk. Allahın rəhminə sığınaraq, geridə
qalanların sağ salamat qurtulmasını diləyirik".
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...