Magazin1
Günaydan etiraf: “Hamı ondan şikayət edirdi, deyirdilər ki, unut...” - VİDEO
Müğənni Günay İbrahimli "Region TV"də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.
"Huzur" adlı mahnıya çəkilən klipini və ilk albomunu təqdim edən müğənni bunları söyləyib: "Tamaşaçılar nə dərəcədə bəyənəcəklər bilmirəm, amma mən öz işimdən razı qaldım. Klipdə və albomda əziyyət çəkənlərə təşəkkür edirəm. Bu başlanğıcdır, növbəti maraqlı işlərimi gözləyin. Silsilə konsertlər nəzərdə tutmuşuq, payızda da son konsert olacaq".
Bir çox həmkarları son vaxtlar klip çəkilişlərində rejissor Aqil M. Quliyevə müraciət etməsələr də, Günay işini Aqilə həvalə edib: "Onunla ilk işbirliyimdir. Aqildən çox məmnun qaldım. Düşünürdüm ki, Aqil klipi təhvil verməyəcək, çünki o adamdan hər kəs şikayət edirdi. Mənə deyirdilər ki, sən o klipi unut, Aqil təhvil verməyəcək o klipi sənə. Klip 1 günə çəkildi, 13 gün ərzində artıq məndə idi. Ondan şikayət edən həmkarlarıma üzümü tutub deyirəm ki, mən Aqildən çox razı qaldım. İşbirliyi bir tərəfə, o həm də çox gözəl insandır".
Təqdimatda Günaya olunan hədiyyə sənətçinin yaman ürəyincə olub: "Çox bəyəndim hədiyyəni. Bu hədiyyəni heç vaxt unutmayacağam. Hər zamanda üzərimdə olacaq".
İsa Şükürov
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO