Azərbaycanlı bəstəkara avtomobil bağışladılar - ÖZƏL
Bizi izləyin

Magazin1

Azərbaycanlı bəstəkara avtomobil bağışladılar - ÖZƏL

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, bir çox hitlərin müəllifi Tahir Əkbərə mahnısı müqabilində avtomobil bağışlanıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, avtomobili ona imkanlı iş adamı hədiyyə edib.

Publika.az-a açıqlama verən bəstəkar xəbəri təsdiqləyib.

“Bəli, imkanlı bir şəxs mənə avtomobil bağışlayıb. Həmin adamın nəvəsinə mahnı bəstələmişəm, əvəzində bu hədiyyəni edib. Hansı ki, heç öz qızıma mahnı həsr etməmişəm. Çox şadam ki, sənətimə dəyər verən belə insanlar var. Maşını hədiyyə edəndə dedi ki, bu maşın o mahnının yanında heç nədir. O, mənə dedi ki, bu maşınla sürməyi öyrən, sonra daha yaxşısını bağışlayacağam”.

Avtomobilin qiyməti və markasına gəlincə, aldığımız cavab belə olub: “Orta qiymətli avtomobildir”.

Qeyd edək ki, Tahir Əkbərin musiqilərini xalq artistləri Zeynəb Xanlarova, Flora Kərimova, İlhamə Quliyeva, Nazpəri Dostləliyeva və digər sənətkarlar ifa edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm